Banner

Avto

Sürəti 250 km/saat olan BMW-ni Bakıda harada sürmək olar? - MÜSAHİBƏ

Sürəti 250 km/saat olan BMW-ni Bakıda harada sürmək olar? - MÜSAHİBƏ | FED.az
16:10 19 Dek 2019

Xəbər verildiyi kimi, dekabrın 18-də Bakıda BMW X6-nın yeni modelinin təqdimatı keçirilib. Azərbaycanda BMW-lərin özünü nə qədər doğrultması, onların satış imkanları, bu avtomobillərin alıcıları və yeni modellə bağlı FED.az-ın suallarını “Improtex Motors” şirkətinin Baş Direktoru Bayram Yaqubov cavablandırıb.

Eləcə də bax: «Improtex Motors» Bakıda tam yeni - BMW X6-NI TƏQDİM ETDİ

- Bayram müəllim, 2-3 il əvvəl iqtisadi böhran zamanı yeni avtomobillərin satışları azalmışdı, indi necə – satışlarda artım var?

- Bəli, satışlar artıb, dəqiq rəqəm söyləmək istəməzdim, amma artım var, satış normal səviyyədədir.

- İndi təqdim edilən model - BMW X6, yəqin artıq 2020-nin modelidir, eləmi?

- Bəli, ümumiyyətlə bir neçə istehsalçılarda sentyabrdan sonra istehsal olunan modellər artıq növbəti ilin modelləri sayılır. Ona görə də bu BMW X6 da artıq 2020-ci ilin modelidir.

Eləcə də bax: Azərbaycanda avtomobil servislərinə - XƏRCLƏNƏN PULLAR SÜRƏTLƏ ARTIR

- İndi Bakıda bu modeldən yoxdur?

- Xeyr, bu birinci avtomobildir.

- Təkcə sizin şirkətin satdıqlarını nəzərdə tutmuram, ümumiyyətlə.

- Bəli, bu Bakıda birinci belə avtomobildir

- Nədən bilirsiniz?

- Biz Azərbaycanda BMW-nin rəsmi idxalçısıyıq. Əvvəllər, məsələn 10-15 il əvvəl kimsə BMW-nin yeni modelini daha tez, yəni rəsmi idxalçıdan əvvəl gətirə bilərdi. Çünki o vaxt BMW-nin avtomobilləri ayrı-ayrı bazarlar üçün fərqli vaxtlarda təqdim edilirdi. Amma indi bu vəziyyət dəyişib. Avtomobillər bütün bazarlarda eyni vaxtlarla təqdim edilir, fərqi yoxdur, Azərbaycan, Almaniya və ABŞ olsun.

Eləcə də bax: Azərbaycanda ən çox istifadə edilən - MÜHƏRRİK YAĞLARI MƏLUM OLUB

- Nümayiş etdirdiyiniz model əladır, xüsusi sifarişlə yığılıb, yoxsa baza komplektasiyadır?

- Xeyr, xüsusi yığılıb, M-paketdir, yəni M təchizat dəsti var.

- M-paket hansı əlavə opsiyaları nəzərdə tutur?

- M-paket fərqlidir. Yəni ön və arxa bamperlər, yan ayaqaltılar başqadır, sükan, oturacaqlar, müəyyən interyer detalları fərqlidir və sair. Hələ disklər, fikir versəniz M-diskləridir və özü də X6 üçün ən böyük radiusda 22-lik təklif olunur. Standart M-paketdə 20-lik disk olur.

- Bu avtomobil neçəyədir?

- 190 min manat

- Yəni 100 min avro?

- Belə də demək olar, amma Azərbaycanda biz qiyməti manatla deyirik.

- Bu avtomobil xüsusi yığılıb, bəs baza komplektasiya neçəyədir?

- Təqribən 70 min avro

- Bu avtomobili artıq satmısınız?

- Bəli, ilk maşınımız artıq satılıb və elə sabah sahibinə təqdim ediləcək.

- Deməli bu avtomobilin alıcısı xüsusi sifariş edib və əlavə opsiyalara görə, 30 min avro əlavə ödəyib?

- Bəli.

- Kreditlə alıblar, ya nağd?

- Nağd satış olub, amma biz avtomobilləri kreditlə də satırıq

- Kredit şərtləri necədir?

- Bankların bununla bağlı yaxşı təklifləri var, ilkin ödəniş 40%, qalan məbləğ 36 aylıq ödənişlə edilir.

- Bayram müəllim, avtomobilləri daha çox nağd satırsız, yoxsa kreditlə?

- Bu fərqli olur, mövsümdən asılıdır, amma hər iki variantla satılır.

- Maşını kreditlə alanda ən çox hansı müddətə götürürlər?

- Daha çox 2 illiyə. 

- Bakıda satılan BMW-lərin hansı hissəsi sizin şirkətin payına düşür?

- Əgər yeni avtomobillərdən danışırıqsa, məncə 99%-ni, çünki alıcılar başa düşür ki, biz rəsmi nümayəndəyik və bütün satılan avtomobillərə 4 il zavod zəmanəti verilir. 4 il çox ciddi müddətdir. Alan adam da anlayır ki, bu gün avtomobil zavod zəmanəti ilə satılırsa, hələ 3 il sürdükdən sonra da yenə də onun hələ bir il zəmanəti qalır və onu rahatca satmaq da olar. Bütün qulluq da bizim rəsmi servimsimizdə olur. Üstəlik, indi internet zəmanəsidir, hamı bütün dünyadakı qiymətlərə baxa bilər və bilmək olar ki, BMW-lər Almaniyada və Fransada neçəyədir. Hamı üçün də qiymət eyndidir.

- Doğrudan da, əvvəllər belə fikir vardı ki, maşını buradan almaqdansa, xaricdən alıb gətirmək daha sərfəli olar.

- İndi artıq o dövr arxada qalıb.

- 4 illik zəmanət əladır, bəs avtomobilin yürüşü ilə bağlı məhdudiyyət var?

- Zəmanət 200 min kilometrə verilir, yəni 4 il və ya 200 min kilometr. Bu çox böyük yürüşdür, çünki bu hesabla ildə 50 min kilometrdən söhbət gedir, amma heç də hər bir adam ildə 50 min kilometr sürmür.

- BMW-nin sahiblərinin neçə faizi gəlib yenidən modelləri təzələyir?

- Ümumiyyətlə belə deyim var ki, bir dəfə BMW sürən adam yenə də ona qayıdacaq. Çünki BMW doğrudan da əla avtomobildir. İdarə olunması və digər məsələlərdə BMW birinci… …lərdən biridir. Ona görə də BMW-nin necə deyərlər dadını görən alıcı, yenidən bu brendə qayıdır.

- Adətən BMW-ləri neçə ildən bir dəyişirlər, zəmanəti bitən kimi?

- Əvvəllər BMW-lərdə zəmanət müddəti 2 il idi, amma biz bu müddəti 4 ilədək qaldıra bildik. Və mən sizə deyim, müştərilər 3 ildən sonra yeni avtomobilə dəyişirlər.

- Yeri gəlmişkən, sizin öz avtomobiliniz hansı modeldir?

- BMW əlbəttə.

- Kreditlə almısız, ya nağd şəkildə?

- Bu xidməti avtomobildir

- Bayram müəllim, Bakıda BMW-nin ən çox hansı modelini alırlar?

- Əgər biz model çeşidindən danışırıqsa, X6 daha individual və daha eqoistik modeldir. Bu gün ən çox satılan avtomobilərimizə gəlincə, bunlar BMW 5-ci seriya, BMW X5, BMW X7 və 7-ci seriya maşınlardır. X6-ların isə bu siyahıda hansı yeri tutduğunu mən sizə gələn ilin sonunda deyə bilərəm.

- BMW X5 əla görünüşə malik idi, ondan sonra X6-nı buraxmağın nə mənası vardı?

- Fikir versəniz, X6 daha idman üslubunda maşınlardır, xarici görünüş və detallarına görə. X5-lə müqayisə etsək, X5-in yük yeri daha böyükdür. Amma X6 daha individualdır.

- X6 almaq üçün illik gəlir nə qədər olmalıdır? Çünki bu avtomobillərin servis xərcləri var, ehtiyat hissələri də ucuz deyil.

- Əvvəla dediyim kimi, avtomobillərə 4 il ərzində zavod zəmanəti veririk ki, hər hansı zavod detalında problem yaransa, bizim servis onu ya pulsuz düzəldir, ya da dəyişir. Şüşə sınanda isə məsələn, bunun üçün sığorta var. Avtomobil sığortalanır və avtomobilin sahibi əlavə xərcçəkməən həmin görünüş bərpa olunur. Bizi sığorta təkliflərmiz də var və blkənin ən anınmış sığorta şirətləri ilə işləyirik.

- İlk modeli hələ təqdimatdan əvvəl satılıb, bəs gələn il neçə ədəd X6 modeli satmağı planlaşdırırsınız?

- Fikirləşirəm, təqribən 40-50 ədəd satacağıq.

- X6-nın mühərrikinin güclü olduğunu demək yəqin artıqdır…

- Əlbəttə, 6 silindrli, 3 min kubsantimetr həcmində mühərrikdir, 340 at gücündədir.

- Maksimal sürət?

- 250 kilometr/saat, yerindən 100 km/saatı yığma müddəti 5,5 saniyə.

- Bu maşını saatda 250 km/saat sürətlə ilə Bakıda harada sürmək olar?

- Maksimum sürətin 250 km/saat olması o demək deyil ki, hökmən bu sürətlə sürüləcək. Bu imkanın olması avtomobilin sahibinə əminlik verir ki, istənilən vəziyyətdən çıxa bilsin. Məsələn, Azərbaycanda maksimum sürət məhdudiyyəti 120 km/saatdır. Avtomobilin güc göstəriciləri imkan verir ki, lazım olarsa 90-dan 120-yə və ya 110-a sürətlə keçə bilsin.

- Bəziləri BMW-ni şəhər maşını sayırlar, yəni rayon üçün deyil. Bölgələrdən bu maşınları alırlar?

- Əlbəttə alırlar, bizim bölgələr yaxşı inkişaf edir. Bölgələrdə də alırlar. Doğrudur, Bakıda əksəriyyətini biz 10 və 90 nömrə ilə görürük, amma bölgələrdə, məsələn Sumqayıt, Gəncə, Qəbələ və sairdə də BMW-lər var.

Bundan başqa, bir məsələni də deyim, bizim servis mərkəzimiz Bakıda olsa da, bölgədə istənilən avtomobilimiz, hətta Bakıda qeydiyyatda olan maşın da bölgədə xarab olsa, bizim çıxış servisimiz var, göndəririk avtomobilin yanına, ya orada təmir edilir, bu da mümkün olmasa, gətirir Bakıya və burada bütün lazımi texniki işlər aparılır.

- Əsas problemlərdən biri odur ki, maşın təmirə dayananda, o cümlədən lazım olan hissələri gətirməyə çox vaxt gedir. Sizdə elə bir limit varmı ki, təmir ən uzağı hansısa müddətə bitməlidir və ya təmir uzansa, maşının sahibi əlavə avtomobillə təmin edilsin.

- Belə bir xidmətimiz yoxdur, amma biz çox satılan avtomobillər üçün servisdə daim tələbat olan ehtiyat hissələri saxlayırıq, yağ filtrləri və digər periodik tələb olunan hissələr həmişə bizdə olur. Amma bəzi hallarda, məsəən qəza zamanı elə hissə zədələnir ki, onu xaricdən ayrıca sifariş verməli oluruq və onu da çalışırıq ki, 2-3 həftəyə gəlsin və maşını bərpa edək.

- BMW-lərin ən çox hansı ehtiyat hissələri xarab olur?

- Belə bir statistika yoxdur ki, hansı hissələr daha tez-tez xarab olsun. Bu məsələ daha çox asılıdır maşınnı necə sürürlər. Bəziləri maşını qovur, digərləri daha rahat sürür, ona görə də bir avtomobildə şin xarab olur, digərində bəlkə amortizator və sair. Yəni maşında hansısa detal tez-tez xarab olsaydı biz buna 4 il zavod zəmanəti verməzdik.

 

Sürəti 250 km/saat olan BMW-ni Bakıda harada sürmək olar? - MÜSAHİBƏ | FED.azSürəti 250 km/saat olan BMW-ni Bakıda harada sürmək olar? - MÜSAHİBƏ | FED.azSürəti 250 km/saat olan BMW-ni Bakıda harada sürmək olar? - MÜSAHİBƏ | FED.azSürəti 250 km/saat olan BMW-ni Bakıda harada sürmək olar? - MÜSAHİBƏ | FED.azSürəti 250 km/saat olan BMW-ni Bakıda harada sürmək olar? - MÜSAHİBƏ | FED.azSürəti 250 km/saat olan BMW-ni Bakıda harada sürmək olar? - MÜSAHİBƏ | FED.azSürəti 250 km/saat olan BMW-ni Bakıda harada sürmək olar? - MÜSAHİBƏ | FED.az

Digər xəbərlər

Banner