Banner

Avto

Bir ayda 59 ədəd minik avtomobili istehsal edildi - AZƏRBAYCANDA

Bir ayda 59 ədəd minik avtomobili istehsal edildi - AZƏRBAYCANDA | FED.az
15:34 17 Aprel 2018

Azərbaycanda yenidən minik avtomobili istehsalı bərpa edilib.

 

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-mart aylarında Azərbaycanda 59 ədəd minik avtomobili istehsal edilmişdir.

 

Xəbər verdiyimiz kimi, 2017-ci ilin İyul ayından bəri istehsalın dayandığı Naxçıvan Avtomobil Zavodunda Mart ayında montaj bərpa edilib. Həmçinin Martda Neftçala Avtomobil Zavodu işə düşüb.
 

2018-ci ilin yanvar-fevral aylarında Azərbaycanda minik avtomobilləri istehsal olunmamışdı. Beləliklə, avtomobillər Mart ayında istehsal edilib.

 

2017-ci ildə Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilib. Bu avtomobillər ötən ilin İyul ayınadək istehsal olunmuşdu.

 

Məhsul növləri

2018-ci ilin yanvar-mart aylarında

istehsal edilmişdir

Əvvəlki ilin müvafiq
dövrünə nisbətən,

faizlə

01.04.2018-ci il vəziyyətinə
hazır məhsul ehtiyatı

Traktorlar, ədəd

459

6,7 d.

173

Minik avtomobilləri, ədəd

59

-

106

Yüklərin daşınması üçün
sair qoşqular və yarımqoşqular, ədəd   

7

Digər xəbərlər

Banner