Banner

Avto

“Hyundai Motor”un satışları - 39% AZALIB

“Hyundai Motor”un satışları - 39% AZALIB | FED.az
19:21 1 İyun 2020

Bu ilin may ayında Cənubi Koreyanın “Hyundai Motor” şirkətinin qlobal satışları ötən ilin eyni dövrü ilə müqayisədə 39% azalaraq 217 510 min ədədə düşüb.

Eləcə də bax: "Nissan" Peterburqdakı zavodunu - MÜVƏQQƏTİ BAĞLAYIR

FED.az “report”a istinadən xəbər verir ki, aprel ayı ilə müqayisədə isə nəqliyyat vasitələrinin satışından 30% və yaxud 49 817 min ədəd artım var.

İl ərzində ölkədaxili satışların “Grandeur”, “Elantra” və “GenesisG80” kimi yeni modellərin hesabına 5% artdığı, ölkə xarici satışların isə 50% azaldığı bildirilir. 

Cənubi Koreyanın Ticarət Nazirliyinin açıqlamasına görə isə, mayda yerli avtomobil istehsalçılarının ümumi satışları illik müqayisədə 54% azalıb.

Digər xəbərlər

Banner