Avto

«Hyundai Tucson», «Toyota RAV4» və «Kia Sportage»ə – RƏQİB GƏLİR – DAHA UCUZ, GÖSTƏRİCİLƏR

«Hyundai Tucson», «Toyota RAV4» və «Kia Sportage»ə – RƏQİB GƏLİR – DAHA UCUZ, GÖSTƏRİCİLƏR | FED.az
21:19 9 İyun 2019

Çinin «Haval» şirkəti özünün yeni krossoveri olan «F7»ni təqdim edib.
FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni avtomobil indiyədək bazarda möhkəmlənmiş «Hyundai Tucson», «Toyota RAV4» və «Kia Sportage»yəni rəqib olacaq və «Haval»da əmindirlər ki, F7 bu rəqabəti qazanacaq. 
Eləcə də bax: Hansı yaxşıdır - "Pajero", yoxsa "Prado"? - TEST-DRAYV, İCMAL

Qeyd edək ki, Çin şirkəti bu avtomobilləri Rusiyada buraxır, bu məqsədlə müasir avtomobil zavodu inşa edilib. Hələlik qiymətlər tam açıqlanmır, amma F7-nin «Kia Sportage»dən 10-20% ucuz olacağı dəqiqdir. 
Eləcə də bax: Hansı yaxşıdır - "Mazda 6", yoxsa "Toyota Camry"? - TEST-DRAYV, İCMAL


«Haval F7»in texniki parametrləri göstərilən modellərə uyğundur. Avtomobilin uzunluğu 4 620 mm-dir (müqayisə üçün, «Kia Sportage»in uzunluğu 4 485 mm-dir).  F7 iki benzin mühərriki ilə buraxılacaq – 1,5 litrlik 150 at güclü və 2 litrlik 190 at güclü. Avtomobil avtomat sürət qutusu ilə buraxılacaq, ötürücü isə qabaq ox və tam ola bilər. 
Eləcə də bax: "Hyundai Elantra", yoxsa "Toyota Corolla"? - TEST-DRAYV-İCMAL

Hələlik Rusiyalı ekspertlər, avtomobilin əla dizaynını, yığılma keyfiyyətini və hətta baza versiyada olduqca zəncin təchizatını qeyd edirlər. Bəzi ekspertlər bildirir ki, «Haval» şirkəti bu modelin vasitəsilə avtomobil bazarında «Huawei» eefekti yaradacaq, yəni keyfiyyət, zəngin təchizat və sərfəli qiymətlərlə rəqiblərini bazardan çıxaracaq.
Eləcə də bax: Xaricə avtomobillə gedənlərin nəzərinə – CƏMİ 15-25 MANATDIR

Digər xəbərlər

Banner