Avto

“Hyundai”ın Azərbaycandakı rəsmi distribütoru - “Auto Azerbaijan” Cərimələnir

“Hyundai”ın Azərbaycandakı rəsmi distribütoru - “Auto Azerbaijan” Cərimələnir | FED.az
14:26 3 İyun 2021

Hyundai markalı avtomobillərin Azərbaycanda səlahiyyətli və yeganə rəsmi distributoru  “Auto Azerbaijan” MMC barəsində cərimə protokolu tərtib edilib.

Eləcə də bax: Azərbaycanda yeni «Hyundai Tucson»un - SATIŞI BAŞLAYIB – QİYMƏT

FED.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi göndərilib.

İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“Auto Azərbaycan” şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Başda avtomobil olmaqla, pərakəndə və maliyyə sahələrində də fəaliyyət göstərən “NAB Holding”ə daxildir.

“Hyundai” avtomobil markasının rəsmi eksklüziv distribütorudur.

Banner
Banner

Digər xəbərlər