Avto

"İnterpol"un axtardığı "Lexus" Azərbaycanda tapıldı - FOTO

"İnterpol"un axtardığı "Lexus" Azərbaycanda tapıldı - FOTO | FED.az
15:25 30 May 2018

Dövlət Gömrük Komitəsi (DGK) Avtonəqliyyat Baş Gömrük İdarəsində Gürcüstandan Azərbaycana gətirilən "Lexus RX200T" markalı avtomobilə risk analizləri nəticəsində baxış keçirilib. FED.az xəbər verir ki, yoxlama zamanı, 2017-cı ildə istehsal olunan həmin nəqliyyat vasitəsinin ban nömrəsinin bazasında beynəlxalq axtarışda olan avtomobilə aid olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Digər xəbərlər