Banner

Avto

"Nissan" “Renault”dan - AYRILMAĞA HAZIRLAŞIR

"Nissan" “Renault”dan - AYRILMAĞA HAZIRLAŞIR | FED.az
09:50 13 Yan 2020

“Nissan” şirkətinin top-menecerləri “Renault” ilə avtomobil alyansından çıxmağa hazırlaşırlar. Bu haqda şirkətin rəhbərliyindəki mənbələrə istinadən “Financial Times” məlumat verib.

FED.az Banker.az-a istinadən xəbər verir ki,  bu planlar özündə mühəndislik və istehsalat sahələrinin bir-birindən ayılmasını və “Nissan” idarə heyətinin tərkibindəki dəyişiklikləri ehtiva edir. Hər iki şirkətin keçmiş sədri olan Karlos Gonun Yaponiyadan qaçmasından sonra proses daha da sürətlənib.

Eləcə də bax: “Nissan” 450 min avtomobilini - GERİ ÇAĞIRIR

Mütəxəssislərin fikrincə, “Renault” ilə tərəfdaşlıq “Nissan” üçün toksik olub və şirkətin inkişafını sürükləndirir.

Tərəfdaşların bir-birindən ayrılması, onları satışların aşağı düşməsi və xərclərin artması ilə mübarizə aparmaq məqsədilə yeni əməkdaşlar axtarmağa məcbur edəcək. Mümkün ayrılığın müzakirəsi “Fiat Chrysler” və “PSA” nın birləşməsi, habelə “Volkswagen” və “Ford” alyansının yaranması fonunda gedir.

Xatırladaq ki, “Nissan-Renault” alyansı 1999-cu ildə yaradılmışdır, 2016-cı ildə onlara “Mitsubishi Motors” şirkəti qoşulub.

Digər xəbərlər

Banner