Avto

Ötən il Azərbaycan 1,1 milyard manatlıq avtomobillər - İdxal Edib

Ötən il Azərbaycan 1,1 milyard manatlıq avtomobillər - İdxal Edib | FED.az
18:01 15 Yan 2021

2020-ci ilin yanvar-dekabr dövründə Azərbaycana 647 milyon 597 min dollar (1 milyard 100 milyon manat) dəyərində 53 min 729 ədəd nəqliyyat vasitələri (avtomobil) idxal edilib.

FED.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə 2020-ci ildə avtomobil idxalı 6 min 19 ədəd və ya təxminən 12,6% artıb. 2019-cu ilin yanvar-dekabr dövründə Azərbaycana 47 min 710 ədəd avtomobil idxal edilmişdi.

2020-ci ilin dekabr ayında Azərbaycana xaricdən 5 min 888 ədəd avtomobil gətirilib.  Oktyabr ayında 4 min 195 ədəd avtomobil, noyabr ayında 5 min 14  ədəd avtomobil idxal edilmişdi.

Ötən il ölkəmizə 49 min 692 ədəd minik avtomobili, 259  ədəd avtobus, 3 min 626 ədəd yük avtomobili və 152 ədəd xüsusi təyinatlı avtomobil idxal edilib. (Marja)

Banner
Banner

Digər xəbərlər