Avto

«Rolls-Roys»un satışları tarixində - REKORD HƏDDƏ ÇATIB

«Rolls-Roys»un satışları tarixində - REKORD HƏDDƏ ÇATIB | FED.az
00:50 11 Aprel 2021

«Rolls-Roys»un satışları tarixində - REKORD HƏDDƏ ÇATIB

«Rolls-Roys» şirkəti 2021-ci ilin birinci rübündə rekord satışlar etdiyini açıqlayıb.

FED.az xəbər verir ki, bu ilin yanvar-mart ayları Britaniya şirkətinin 116 illik tarixində ən yüksək satışlar olduğu rüb kimi tarixə düşüb – bu dövrdə şirkət 1380 avtomobil satıb ki, bu da ötən ilin eyni dövründən 62% artıqdır. Beləliklə, şirkət özünün 2019-cu ildə qeydə alınan rüblük rekordunu təzələyib.

Rüb ərzində ən çox satılan avtomobillər yeni «Ghost» limuzini və SUV avtomobili «Cullinan» olub.

«Rolls-Royce Motor Cars»ın icraçı direktoru Torsten Müller-Otvosun sözlərinə görə, şirkətin satışları bütündünyada yüksəlib, amma satışların dideri Çin. ABŞ və Asiya-Sakit Okean regionu olub. Bu dövrdə «Rolls-Royce»un bütün model sırasına tələbat böyük olub, amma ən çox tələbat 2020-ci ildə təqdim edilmiş «Ghost» biznes-limuzininə və dəbdəbəli cip «Cullinan»a olub.

Ümumiyyətlə 2020-ci ildən «Rolls-Roys»un satışları əla gedir. Ötən il müştərilər bir neçə kolleksiya avtomobilləri, o cümlədən koa ağacı ilə işlənmiş «Phantom» və «Phantom Iridescent Opulence» alıblar. Bundan başqa, «Phantom Tempus» modelinin bütün avtomobilləri artıq bronlanıb, digər avtomobillər üzrə sifarişlər isə 2021-ci ilin ikinci yarısına kimi artıq tutulub.

Banner
Banner

Digər xəbərlər