Avto

Rusiyada sürücü vəsiqəsi imtahanını - KÜÇƏDƏ VERƏCƏKLƏR

Rusiyada sürücü vəsiqəsi imtahanını - KÜÇƏDƏ VERƏCƏKLƏR | FED.az
08:20 18 Yan 2021

Rusiyada sürücülük vəsiqəsi almaq üçün imtahanın forması və mövzuları dəyişdirilir.

FED.az xəbər verir ki, qonşu ölkədə sürücülük vəsiqəsi qazanmaq istəyənlər bunu reallığa daha yaxın formada etməli olacaqlar

Belə ki, bu ilin aprelindən etibarən avtobus və avtomobil üçün vəsiqə almaq istəyənlər avtomobili bağlı meydançalarda deyil, küçələrdə idarə edəcəklər.

Özü də hərəkət marşrutu əvvəlcədən məlum olmayacaq. Yeni qaydalara görə, imtahan zamanı maşında bir neçə nəfər ola bilər, imtahan verəndən və imtahan götürəndən başqa burada avtomobil məktəbinin və ya sürücülər birliyinin nümayəndəsi ola bilər.

İmtahan sualları da dəyişdiriləcək. Rusiya Daxili İşlər nazirliyi bildirir ki, hazırda ölkədə baş verən qəzaların statistikası araşdırılır, onların səbəbləri təhlil edilir və ən kütləvi qəzalarla bağlı suallar imtahan biletlərinə daxil ediləcək.

Rusiyada sürücülük vəsiqəsi üçün yaş tələbi də dəyişdirilib. İndi 16 yaşından başlayaraq vəsiqə almaq olar.

Banner
Banner

Digər xəbərlər