Avto

Səfir: "Azərbaycan tezliklə İranla birlikdə traktor istehsal edəcək"

Səfir: "Azərbaycan tezliklə İranla birlikdə traktor istehsal edəcək" | FED.az
17:40 11 İyun 2021

"Bu gün Bakıda keçirilən “Caspian Agro” və “InterFood Azerbaijan" sərgilərində iştirak etdim, buradakı İran şirkətlərinə baş çəkdim".

Eləcə də bax: Azərbaycanda ilk dəfə iki növ zibilyığan avtomobil istehsalına başlandı - FOTO

FED.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Twitter" sosial şəbəkəsindəki hesabında bildirib.

O həmçinin qeyd edib ki, Azərbaycan tezliklə İranla birlikdə traktor istehsal edəcək, bundan başqa ölkəsinin şirkətləri işğaldan azad edilmiş torpaqlarda əkinçilik sahəsində fəal iştirak edəcək.

Xatırladaq ki, rəsmi Bakı və Tehran İqtisadiyyat Nazirliyinin Neftçala Sənaye Məhəlləsində traktor istehsalının təşkil edilməsi məsələsini 2016-cı ildən müzakirə edir. (Report)

Banner
Banner

Digər xəbərlər