Avto

Xaricdən gətirilən minik və hibrid maşınlarının - ORTA QİYMƏTLƏRİ AÇIQLANDI

Xaricdən gətirilən minik və hibrid maşınlarının - ORTA QİYMƏTLƏRİ AÇIQLANDI | FED.az
12:50 17 İyul 2020

Azərbaycana xaricdən gətirilən avtomobillərin orta qiymətləri məlum olub.

Eləcə də bax: Azərbaycana xaricdən avtomobil – Daşımağa Başlayıblar

FED.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, xəbər verir ki, bu ilin ilk yarısında ölkəyə xaricdən ümumi dəyəri 289 milyon 912 min dollar olan 23 413 avtomobil gətirilib.

Beləliklə ölkəyə idxal olunan avtomobillərin orta qiyməti 12 382 dollar təşkil edib.

Gətirilən avtomobillərin 21 917 ədədi ümumi dəyəri 247 981 min dollar olan minik avtomobilləridir. Başqa sözlə, minik avtomobillərinin hər biri ölkəyə orta hesabla 11 314 dollara və ya 19 234 manata idxal edilib.

Ölkəyə gətirlən avtomobillərin 2052-si hibrid maşınlardır, onların ümumi dəyəri 11 868 min dollardır. Başqa sözlə, hibrid avtomobilin hər biri ölkəyə 5783 dollardan (9831 manat) idxal edilir.

Əvəzində ölkəyə gitirilən elektrik avtomobillərinin orta qiyməti 50 min dollardan yüksəkdir. Belə ki, ilk 6 ayda xaricdən Azərbaycana ümumilikdə 82 elektrik avtomobili gətirilib. Onların ümumi dəyəri 4 229 min dollardır. Nəticədə belə avtomobillərin hər biri ölkəyə 51 573 dollardan (87 674 manatdan) idxal edilib.

Bu dövrdə xaricdən Azərbaycana ümumi dəyəri 7 762 min dollar olan 76 avtobus gətirilib. Onların orta qiyməti 102 min dollar və ya 173,6 min manat təşkil edib.

Digər xəbərlər