Bank

"Access Biznes Bankçılıq Məktəbi"nə - QOŞULMAQ İMKANINI QAÇIRMA!

"Access Biznes Bankçılıq Məktəbi"nə  - QOŞULMAQ İMKANINI QAÇIRMA! | FED.az
11:06 29 Noy 2019

Biznesin dostu adını qazanmış "AccessBank"da uğurlu karyera qurmaq arzusundasan? O zaman "Access Biznes Bankçılıq" layihəsinə qatıl və biznesin dostuna çevril!

Eləcə də bax: "AccessBank"ın portfelinin 95%-i biznes kreditlərinin - PAYINA DÜŞÜR

Məqsədimiz yüksək potensiala malik gənclərin peşəkar addımlarını dəstəkləməkdir. Layihə çərçivəsində iştirakçılar mikrokreditləşmə, kiçik və orta biznes müştərilərlə iş sahəsində həm nəzəri, həm də praktiki biliklər əldə edəcək.

"Access Biznes Bankçılıq Məktəbi"nə qatımaq istəyənlər birinci seçim turunda test imtahanından, ardınca isə müsahibə mərhələsindən keçməlidirlər.
Namizədlərə qarşı tələblər:

  • İqtisadiyyat, maliyyə, biznes və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi
  • Analitik təfəkkür
  • Komandada işləmək bacarığı
  • AccessBank-da karyera qurmaq istəyi
  • Yeniliklərə açıqlıq
  • Rus və/və ya ingilis dili bilikərinə malik olanlara üstünlük verilir
  • İş təcrübəsi tələb olunmur, amma təcrübənin olması üstün cəhətdir

Seçim mərhələlərindən keçmiş namizədlərə aşağıdakılar təklif olunur:

  • Bank sahəsini eyni zamanda bir neçə istiqamətdən tanımaq imkanı
  • Bankımızda karyera yüksəlişi
  • Peşəkar mütəxəssislərin komandasına qoşulmaq imkanı

Unutmayın ki, tutduğu vəzifədən asılı olmayaraq, AccessBank üçün ən dəyərli olan əməkdaşlarıdır və Sizin bilik və təcrübəniz hər zaman dəyərləndiriləcək! Biz birlikdə böyüyür və inkişaf edirik!

 

Digər xəbərlər