Bank

“AccessBank” I yarımillikdə aktivlərini - 4% ARTIRIB

“AccessBank” I yarımillikdə aktivlərini - 4% ARTIRIB | FED.az
10:14 28 İyul 2021

“AccessBank” 2021-ci ilin I yarısında aktivlərini 4,1% - 885,912 milyon manata qədər artırıb.

Eləcə də bax: "AccessBank" 2021-ci ilin birinci yarısının - MALİYYƏ HESABATINI AÇIQLAYIB

FED.az xəbər verir ki, bu barədə bankdan məlumat verilib.

30 iyun 2021-ci il tarixinə bankın kredit portfeli 545,630 milyon manat (artım 1,9%) təşkil edib. Biznes kreditləri 474,813 milyon manat (azalma 0,4%), istehlak kreditləri 63,846 milyon manat məbləğində (artım 24,8%) olub.

Bankın öhdəlikləri 799,46 milyon manata (artım 5,7%) bərabərdir. Bankın depozit portfeli 625,918 milyon manat məbləğində (artım 12,1%) qiymətləndirilir. Fiziki şəxslərin əmanətləri 509,423 milyon manat (artım 8%), hüquqi şəxslərin depozitləri 116,495 milyon manat (artım 34,3%) təşkil edib.

İyulun əvvəlinə “AccessBank”ın kapitalı 86,452 milyon manat (azalma 9%), nizamnamə kapitalı 258,718 milyon manat (dəyişməyib) təşkil edib.

Bank hesabat dövrünü bir il əvvələ olan 1,53 milyon manat mənfəətə qarşı 2,024 milyon manat zərərlə başa vurub.

“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və aktivlərinin həcminə görə respublikanın 7-ci aparıcı bankıdır. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır: Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), responsAbility SICAV (Lux) (2,91%), responsAbility Management Company S.A. (7,11%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), EFSE (2,78%), Symbiotics SICAV (2,27%), GGF (1,77%), LFS Advisory (1,27%) və Qara Dəniz Ticarət və İnkişaf Bankı (0,58%). (İnterfaks)

Banner

Digər xəbərlər