Bank

“AccessBank”a yeni İcraçı direktorlar - Təyin Edilib

“AccessBank”a yeni İcraçı direktorlar - Təyin Edilib | FED.az
13:44 25 Fev 2021

Mart ayının 1-dən etibarən “AccessBank”da iki yeni İcraçı Direktor vəzifələrinin icrasına başlayır. Bunlar Pərakəndə Bankçılıq üzrə İcraçı direktor İlkin Quliyev və  Risklərin İdarə Edilməsi üzrə İcraçı direktor Orxan İsmayılovdur.   

Bankdan FED.az-a daxil olmuş məlumatda bildirilir ki, İlkin Quliyev “AccessBank”da fəaliyyətinə 2019-cu ilin aprel ayında Pərakəndə Bankçılıq departamentinin direktoru vəzifəsində başlayıb. Cənab Quliyev bankçılıqda  12 ildən çox iş təcrübəsinə malikdir. O, “AccessBank”dan öncə 4 bankda Xidmət, Şöbə və Departament rəhbəri vəzifələrində işləyib.  

İlkin Quliyev Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın idarə olunması” üzrə bakalavr, Böyük Britaniyanın Nyukasl Biznes Universitetində “Bank və Maliyyə” üzrə magistr dərəcələrinə yiyələnib.

Orxan Ismayılov “AccessBank”da fəaliyyətinə 2020-ci ilin yanvar ayında Risklərin İdarə Edilməsi departamentinin direktoru vəzifəsində başlayıb.  Cənab İsmayılov karyerasına Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayıb. Daha sonra fəaliyyətini Maliyyə Bazarlarına Nəzarət Palatasında davam etdirərək Prudensial siyasət və Metodologiya İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.

Orxan İsmayılov Bakı Dövlət Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavr və maqistr dərəcələri alıb. Habelə, Praqada Nyu-York Universitetində MBA dərəcəsinə yiyələnib.

İlkin Quliyev

Orxan İsmayılov

Banner

Digər xəbərlər