Bank

ADİF ləğv prosesində olan "Gəncəbank" ASC-nin kreditorlarına müraciət edib

ADİF ləğv prosesində olan "Gəncəbank" ASC-nin kreditorlarına müraciət edib | FED.az
09:50 22 İyun 2017

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Gəncəbank" ASC-nin kreditorlarına müraciət edib.

FED.az-ın xəbərinə görə, fondun müraciətində bildirlir ki, növbəlikdə 7-ci, yəni sonuncu sırada olan təminatsız kreditorların tələblərinin proporsional qaydada (70 min manat ekvivalentində) ödənişi, o cümlədən əvvəlki növbədə olan kreditorların tələblərinin tam ödənişi 22 iyun 2017-ci il tarixdən etibarən həyata keçiriləcək.

Ödənişlər ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasında və Fondun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən ofisinin Müştəri Xidməti şöbələrində həyata keçiriləcək.

Əlavə məlumat almaq üçün əlaqə nömrələri:

Bakı ş. (012) 596 65 91 / 92 / 93

Qaynar xətt: 131, 941

Gəncə ş. (022) 256 04 93/ (022) 256 03 44

e-poçt: [email protected]

Digər xəbərlər

Banner