Bank

“AFB Bank” öz əməkdaşları üçün yeni - LAYİHƏYƏ START VERDİ

“AFB Bank” öz əməkdaşları üçün yeni - LAYİHƏYƏ START VERDİ | FED.az
16:19 19 Fev 2020

Əməkdaşlarının fərdi inkişafına daim xüsusi önəm verən “AFB Bank” ASC onlar üçün “Xidmət Keyfiyyətinin yaxşılaşdırılması və təmin edilməsi layihəsi” və “İnsan Resurslarının İnkişafı Proqramı” çərçivəsində keçirilən təlimlərə 04.02.2020 tarixindən etibarən start verib.

Bank əməkdaşlarının fərdi inkişafı ilə yanaşı onların fəaliyyətinə dəstək göstərilməsi məqsədilə təşkil olunan təlimlər 06.03.2020 tarixinədək davam edəcək. Təlim proqramı Müştəri Xidməti, Kredit, Əməliyyat və Kassa xidmətləri ilə bağlı mövzuları əhatə edir.

Ölkənin ən dinamik inkişaf edən banklarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Hazırda bank 11 filial və 5 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir. Bu xidmətlər barəsində daha ətraflı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

“AFB Bank” öz əməkdaşları üçün yeni - LAYİHƏYƏ START VERDİ | FED.az“AFB Bank” öz əməkdaşları üçün yeni - LAYİHƏYƏ START VERDİ | FED.az

Digər xəbərlər

Banner