Bank

“AFB Bank”ın vəziyyəti məlum oldu - BANK HESABATI

“AFB Bank”ın vəziyyəti məlum oldu - BANK HESABATI | FED.az
18:59 28 Okt 2020

“AFB Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 1,775 milyon manat mənfəətlə başa vurub.

Eləcə də bax: Banklar 2020-ci ilin 3-cü rübünü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR

FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 9 ay ərzində “AFB Bank”ın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 30 min manat artaraq 21 milyon 017 min manat, faiz xərcləri isə 15% azalaraq 1 milyon 534 min manat təşkil edib.

Nəticədə bankın xalis faiz gəliri 300 min manat və ya 1,5% artaraq 19 milyon 482 min manat təşkil edib.

İlk 9 ayda bankın qeyri-faiz gəlirləri 5 milyon 631 mni manat, qeyri- faiz xərcləri isə 12 milyon 565 min manat təşkil edib.

Beləliklə, hesabat dövründə «AFB Bank»ın əməliyyat mənfəəti 12 milyon 548 min manat olub.

Bank bu vəsaitin 10 milyon 774 min manatını məcburi ehtiyat kimi ayırıb. Nəticədə 9 ayı 1 milyon 775 min manat mənfəətlə başa vurub.

Bu il oktyabrın 1-nə “AFB Bank”ın aktivləri 548,468 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 4,6% azdır. Bunun 388 milyon 676 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. İlin əvvəlindən Bankın kredit portfeli 20,6% böyüyüb. Bu dövrdə bankın biznes kreditlərində 22,7% artım var.

Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 5% azalaraq 469 milyon 741 min  manat təşkil edib, o cümlədən depozit portfeli 364 milyon 816 min manat olub.

Bankın cəmi kapitalı isə 78 milyon 727 min manata çatıb.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,4 milyon manatdır. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı), 0,18%-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Banner

Digər xəbərlər