Bank

“Ata Bank”ın sabiq sədri yeni vəzifəyə - TƏYİN EDİLİB

“Ata Bank”ın sabiq sədri yeni vəzifəyə - TƏYİN EDİLİB | FED.az
10:59 13 Aprel 2020

“Ata Bank” ASC-nin sabiq sədri Dəyanət Quliyev yeni vəzifəyə təyin edilib.

FED.az Banker.az-a istinadən məlumat verir ki, D.Quliyev, “Ata Sığorta” ASC-də Direktorlar Şurasının müstəqil üzvü seçilib.

Eləcə də bax: "AtaBank"ın İdarə Heyəti tam və 3 departament direktoru işdən - AZAD OLUNUB

D.Quliyev 2009-cu ildə “AtaBank” ASC-nin İdarə Heyətinin üzvü və sədr müavini vəzifəsinə təyin olunmuşdur, 16 mart 2016-cı ildən isə “Ata Bank”-ın sədri təyin edilmişdi. Cari ilin ilk rübündə isə bankda D.Quliyevlə yanaşı müavini və İdarə Heyəti üzvləri vəzifəsindən kənarlaşdırılmışdılar.

Digər bir təyinat isə sığorta şirkətinin Direktoarlar Şurasının müşaviri Fərid Hüseynovdur.

“Ata Sığorta”nın rəhbərliyində 1 ay öncə Rəşad Rəsullu və Rəşad Əliyevin adı sığorta şirkətinin DŞ siyahısından çıxarılmışdılar.

Hazırda “Ata Sığorta”nın DŞ-nın sədri Adıgözəl Ağayevdir.

Ata Sığorta – 2004-cü ildə yaradılıb, 14,6 mln. manatlıq səhmlərinin 100% “Ata Holdinq”ə məxsudur.

Digər xəbərlər