Banner

Bank

“Azər-Türk Bank” ötən il səhmdarlarına 300 min manat - DİVİDENT ÖDƏYİB

“Azər-Türk Bank” ötən il səhmdarlarına 300 min manat - DİVİDENT ÖDƏYİB | FED.az
11:54 3 İyul 2020

2019-cu ildə “Azər-Türk Bank” ASC səhmdarlarına 300 min manat divident ödəyib.

FED.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir. 

Məlumata görə, divident ödənişi ilə bağlı qərar "Azər-Türk Bank"ın səhmdarlarının ötən il iyunun 13-də keçirilmiş illik ümumi yığıncağında qəbul olunub. Qərarın icrası iyul ayında yekunlaşdırılıb.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4%-i Türkiyənin "Zıraat Bank"ına, 1,1%-i "Zıraat Bank İnternational"a, 6,5%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur. (Report)

Digər xəbərlər

Banner