Bank

Azərbaycan bankı əmanət qəbulunu - DAYANDIRIB

Azərbaycan bankı əmanət qəbulunu - DAYANDIRIB | FED.az
13:12 17 İyun 2021

Azərbaycanın aparıcı banklarından olan «Naxçıvanbank» əmanət qəbulunu dayandırıb.

Eləcə də bax: Azərbaycan bankları geri qaytarılmış aktivlərə görə - ƏDV Ödəmək İstəmir

FED.az xəbər verir ki, bu barədə banka əmanət yatırmaq istəyən müştərilərə bildirilib. Qeyd edək ki, hazırda bankın internet səhifəsində əmanət şərtləri aktivdir.

Amma müştərilərə cavab verən bank nümayəndələri bildirib ki, həmin məlumatlara baxmayaraq əmanət qəbulu bir qədər əvvəl dayandırılıb və bu prosesin nə vaxt bərpa olunacağı hələlik məlum deyil.

Qeyd edək ki, əmanət və depozit qəbulu bank sektorunda göstərilən əsas xidmətlərdəndir. Bu xidmətin dayandırılması adətən tənziimləyici qurumun tələbi ilə, bankda problem olanda baş verir.

Amma «Naxçıvanbank»dan FED.az-a bildirilib ki, bu dəfə səbəb fərqlidir. Bu vəziyyətlə bağlı FED.az-ın müraciətinə cavab olaraq bildirilib ki, formal olaraq əmanət qəbulu mövcuddur – bankın internet səhifəsində əmanət şərtləri də əksini tapıb.

Sadəcə bankda sərbəst vəsaitlər həddən artıq çox olduğuna görə, əmanət vasitəsilə əlavə vəsait cəlb edilməsinə ehtiyac yoxdur: «Bankın öz sərbəst vəsaitləri kifayət qədərdir, ona görə də müştərilərə belə cavab verilə bilər».

Qeyd edək ki, bu günə qədər də «Naxçıvanbank» əmanət qəbuluna xüsusi maraq göstərməyən banklardan sayılır. Bankda manat əmanəti illik 2-4%-lə qəbul edilir.

Yeri gəlmişkən, 2021-ci ilin birinci rubunun nəticələrinə görə, bankda 28,5 milyon manata nağın nağd vəsait toplanıb.

Bankın maliyyə vəziyyətinə gəlincə, «Naxçıvanbank» 2020-ci ili 7,3 milyon manat, bu ilin 1-ci rübünü isə 2,2 milyon manat xalis mənfəətlə başa vurub.

Birinci rübün sonuna bankda 20 milyon manata yaxın əmanət var. Hüquqi şəxslərin depozitləri isə 92,7 milyn manata yaxındır. Maraqlıdır ki, bank bu ilin 1-cü rübündə əmanətlər üzrə faiz ödəməyib.

Banner

Digər xəbərlər