Banner

Bank

“Azərbaycan Sənaye Bank”ı ötən il 3 dəfə artıq - REKLAM XƏRCİ ÇƏKİB

“Azərbaycan Sənaye Bank”ı ötən il 3 dəfə artıq - REKLAM XƏRCİ ÇƏKİB | FED.az
14:52 3 İyun 2020

“Azərbaycan Sənaye Bank”ı 2019-cu il ərzində 10 milyon 847 min manatlıq əməliyyat xərci edib ki, bu da 2018-ci illə müqayisədə 4% daha çoxdur.

Eləcə də bax: ASB Bank İnternet və Mobil Bankçılıq platformalarını yenilədi!

FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə bankın 2019-cu il üzrə audit hesabatında bildirilir.

2019-cu il ərzində əməliyyat xərcinin 730 min manatı icarə xərcləri, 165 min manatı reklam və marketinq işləri üzrə xərclər, 115 min manat ofis xərcləri, 4 milyon 594 min manatı əməkhaqqı xərcləri, 1 milyon 186 min manatı köhnəlmə və amortizasiya xərcləri, 135 min manatı sığorta və.s xərclər təşkil edib.

“Azərbaycan Sənaye Bank”ının reklam xərcləri 2018-ci illə müqayisədə 3 dəfə çox, icarə xərcləri isə 25,3% çox olub.

Xatırladaq ki, ASB 1996-cı ildə “Capital Investment Bank” adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Abadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə “Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsusdur.

Digər xəbərlər

Banner