Bank

“Azərbaycan Sənaye Bank”ının - Xalis Mənfəəti Azalıb - HESABAT

“Azərbaycan Sənaye Bank”ının - Xalis Mənfəəti Azalıb - HESABAT | FED.az
17:35 19 Yan 2021

“Azərbaycan Sənaye Bank” ASC 2020-ci ilin 5 milyon184 min manat xalis mənfəət ilə başa vurub.

Eləcə də bax: "PAŞA Bank"ın vəziyyəti məlum oldu - HESABAT

FED.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə “Azərbaycan Sənaye Bank”nın xaslis mənfəəti 2 milyon 504 min manat və ya 32,6% azalıb.

“Azərbaycan Sənaye Bank” ASC + 2019-cu ili 7 milyon 688 min manat xalis mənfəət ilə bağlamışdı.

“Azərbaycan Sənaye Bank” ASC 2020-ci ili 5 milyon184 min manat xalis mənfəət ilə başa vurub.

Xalis mənfəətin azalması qeyri-faiz gəlirlərinin azalması ilə bərabər xərclərin artması ilə əlaqədardır.

"Azərbaycan Sənaye Bankı"nın faiz gəlirləri 2019-cu ildə 28 milyon 283 min manat ikən 2020-ci ildə 32 milyon 306 min manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 10 milyon 361 min manatdan 5 milyon 318 min manata geriləyib.

2019-cu ildə faiz xərcləri 15 milyon 880 min manat ikən, 2020-ci ildə 16 milyon 783 min manat, 2019-cu ildə qeyri-faiz xərcləri 12 milyon 976 min manat ikən 2020-ci ildə 14 milyon 980 min manat təşkil edib. 

"Azərbaycan Sənaye Bankı"nın əməliyyat mənfəəti 9 milyon 788 min manatdan 5 milyon 861 min manata düşüb. Ötən il aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olmuş 688 min manat hesabına mənfəət artıb. Bank mənfəətindən 1 milyon 365 min manat vergi ödəyib. 

BANK KİÇİLİB

Ötən il "Azərbaycan Sənaye Bankı"nın cəmi aktivləri 73 milyon 647 min manat azalaraq 911 milyon 504 min manat düşüb. Bank tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 14 milyon 411 min manat azalaraq 316 milyon 991 min manata, "Azərbaycan Sənaye Bankı"nın digər banklardakı depozitləri isə 99 milyon 236 min manat azalaraq 444 milyon 38 min manat enib. 

DEPOZİTLƏR GERİ GÖTÜRÜLÜB

2019-cu illə müqayisədə 2020-ci ildə "Azərbaycan Sənaye Bankı"dakı cəmi depozitlər 75 milyon 195 min manat azalaraq 639 milyon 932 min manata geriləyib.

"Azərbaycan Sənaye Bankı" 2020-ci ilin sonunda 101 milyon 528 min manat məcmu kapitala malik olub. 

“Azərsun Holdinq”in "çətiri" altında olan “Azərbaycan Sənaye Bankı” ASC-nin səhmlərinin 98,4252%-i “Anadolu İnvestment Kompani” MMC-yə, 1%-i Leyla Goozala, 0,5748%-i Azərbaycan Sənaye Lizinq Şirkətinə  məxsusdur. (Marja)

Banner

Digər xəbərlər