Bank

Azərbaycanda 15 bankın - Əməliyyat Gəlirləri Azalıb

Azərbaycanda 15 bankın - Əməliyyat  Gəlirləri Azalıb | FED.az
08:37 5 Avq 2020

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-nin bu ilin yanvar-iyun aylarındakı əməliyyat gəlirləri ötən ilin eyni dövrünə nisbətən çox olub.

Eləcə də bax: Azərbaycanda 13 bankın - Xalis Mənfəəti Azalıb

FED.az xəbər verir ki, bunlar "Naxçıvan Bank", "Bank of Baku", "PAŞA Bank", "Kapital Bank", "Rabitəbank", "Bank BTB", "Günay Bank", "Turan Bank", "Xalq Bank", "Zıraat Bank Azərbaycan" və "Express Bank"dır.

Ən yüksək dinamika "Naxçıvan Bank"da (61,7%), ən aşağı dinamika isə "Express Bank"da (3%) qeydə alınıb.

Qalan 15 bankın isə əməliyyat gəlirləri azalıb. Ən çox azalma "Unibank"da (41,5%), ən az azalma isə "Azər-Türk Bank"da (2,6%) qeydə alınıb. (Renkinq)

Digər xəbərlər

Banner