Bank

Azərbaycanda 26 bankdan 17-nin mənfəət/zərər göstəricisi – 2-Cİ RÜBDƏ PİSLƏŞİB - SİYAHI

Azərbaycanda 26 bankdan 17-nin mənfəət/zərər göstəricisi – 2-Cİ RÜBDƏ PİSLƏŞİB - SİYAHI | FED.az
08:21 14 Avq 2020

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 17-sində mənfəər/zərər göstəricisi  2020-ci ilin 1-ci rübü ilə müqayisədə 2-ci rübdə daha pis olub.

Eləcə də bax: Azərbaycanda aktivlərindən ən yaxşı istifadə edən banklar – RENKİNQ (30.06.2020)

FED.AZ RENKİNQ xəbər verir ki, həmin bankların mənfəəti 1-ci rüblə münasibətdə azalıb, mənfəətdən zərərə keçib və ya  zərəri daha da artıb.

5 bank birinci rübü mənfəətlə başa vurduğu halda, 2-ci rübdə zərər əldə edib. Belə banklar arasında ən böyük zərər «Azərbaycan Sənaye Bankı» (4 321 min manat zərər) və «Bank Avrasiya»dır.

10 bankın xalis mənfəəti 2-ci rübdə 1-ci rüblə müqayisədə daha azalıb.

6 bankın mənfəəti isə 1-ci rüblə müqayisədə daha da artıb.

2-ci rübdə ən böyük mənfəəti «Kapitalbank» (95,7 milyon manat), Beynəlxalq Bank (67,4 milyon manat) və mənfəətini 7 dəfə artıran «Paşa Bank» (25,4 milyon manat) əldə edib.

«Bank of Baku» mənfəətini iki dəfə artıb,  «Yapı kredi Bank Azərbaycan» isə zərərdən mənfəətə keçib.

Digər xəbərlər