Bank

Azərbaycanda 3 bankın qeyri-faiz gəlirləri - 40 Milyon Manatdan Çoxdur

Azərbaycanda 3 bankın qeyri-faiz gəlirləri  - 40 Milyon Manatdan Çoxdur | FED.az
09:07 7 Avq 2020

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-nün bu ilin yanvar-iyun aylarındakı qeyri-faiz gəlirləri 40 milyon manatdan çox olub.

Eləcə də bax: Azərbaycanda 15 bankın qeyri-faiz - Gəlirləri Azalıb

FED.az xəbər verir ki, qeyri-faiz gəlirləri "Kapital Bank"da 100,95 milyon manat,  Beynəlxalq Bankda 60,4 milyon manat və "PAŞA Bank"da 42,9 milyon manatdır.

Qalan 23 bankdan 3-də qeyri-faiz gəlirləri 12-16 milyon manat arasındadır. Bura “Xalq Bank” (15,2 milyon), “Bank Respublika” (13,5 milyon) və “Unibank” (12,2 milyon manat) aiddir.

17 bankda 1-9 milyon manat arasında, 3 bankda isə 1 milyon manatdan azdır.

Digər xəbərlər