Banner

Bank

Azərbaycanda daha bir bank - «İNTERNET BANKİNQ»Ə BAŞLAYIB

Azərbaycanda daha bir bank - «İNTERNET BANKİNQ»Ə BAŞLAYIB | FED.az
11:13 25 May 2020

Azərbaycanda daha bir bank internet bankinq xidmətinə başlayıb. FED.az xəbər verir ki, bu Naxçıvan MR-də fəaliyyət göstərən «Naxçıvanbank»dır.

Azərbaycanda ən çox istifadə olunan – BANK MOBİL TƏTBİQLƏRİ – TAM SİYAHI

«Müasir texnologiyaların tətbiqi ilə həyata keçirilən yeni “İnternet bank” xidməti, «Naxçıvanbank»ın müştəriləri üçün məsafədən bir sıra bank xidmətlərinə onlayn rejimdə əlçatanlığı təmin edəcək»-deyə bankdan verilən açıqlamada bildirilir.

Azərbaycanda ən çox və ən az – BANKOMATI OLAN BANKLAR - SİYAHI

Artıq müştərilər banka getmədən onlara lazım olan xidmətlər üçün internetin imkanlarından istifadə edə biləcək. Buraya cari hesab, kart, əmanət, kredit hesabı sahiblərinin internet vasitəsilə öz hesabları üzrə aparılan pul dövriyyələrini izləməsi, həmçinin onlayn ödənişlər etmək, ödənişlərin tarixçəsini görmək, kartdan-karta pul köçürülməsi, əmanət məbləğini artırmaq, bank daxili və xarici pul köçürmələri kimi xidmətlər aiddir.

Azərbaycanda ən çox və ən az - FİLİALI OLAN BANKLAR – SİYAHI

«Naxçıvanbank» müştərilərinə banka gəlmədən bir sıra bank xidmətlərini kompüter və ya mobil telefon vasitəsilə internet üzərindən həyata keçirməsi üçün bu xidməti təklif edir. Bunun üçün bankın rəsmi internet səhifəsində yerləşdirilmiş “İnternet bank” bölməsinə daxil olmaq kifayətdir.

Azərbaycanda biznes kreditinin payı üzrə – BANKLARIN RENKİNQİ (31.03.2020)

Bankdan bildirilib ki, «İnternet bank» xidmətinə qoşulmaq üçün müştərilər şəxsiyyət vəsiqəsi ilə birlikdə bankın müvafiq xidmət nöqtəsinə müraciət etməlidirlər. Müraciət əsasında müvafiq sənədlər imzalandıqdan sonra xidmət aktivləşdirilir və xidmətdən istifadə üçün müştəriyə SMS vasitəsilə istifadəçi adı və şifrə göndərilir. Qeyd edək ki, «Naxçıvanbank»ın bu xidməti ödənişsizdir.

Digər xəbərlər

Banner