Banner

Bank

Azərbaycanda gecikən ipoteka ödənişlərinə - FAİZ HESABLANMAYACAQ - YENİLİK

Azərbaycanda gecikən ipoteka ödənişlərinə - FAİZ HESABLANMAYACAQ - YENİLİK | FED.az
16:17 9 Aprel 2020

Azərbaycanın aparıcı banklarından olan «AGBank» Azərbaycan Mərkəzi Bank-ı (AMB) və İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) koronovirus (COVİD-19) ilə bağlı tətbiq etdiyi güzəştlərə qoşulub.

Bankdan FED.az-a verilən məlumata görə, ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılması ilə bağlı bankımıza məxsus olan və müddəti cari ilin mart, aprel və may aylarında başa çatan ödəniş kartlarının istifadə müddəti 31.07.2020-ci il tarixinədək uzadılıb və müştərilərin banka gələrək kartlarının müddətinin uzadılmasına ehtiyac qalmayıb. 

Qeyd olunan dövr ərzində vaxtı uzadılmış kartlar vasitəsi ilə nağdlaşdırma, nağdsız alış-veriş əməliyyatların və onlayn sifarişlərin yalnız ölkə daxilində həyata keçirlməsi mümkün olacaq. Ölkəxarici əməliyyatların aparılması üçün müştərilər banka gələrək kartların müddətini uzada bilərlər.

Bundan başqa, bank ipoteka kreditləri üzrə ödənişlərin gecikməsinə görə, faiz hesablanmasını da dayandıracaq: «Bir önəmli məsələni də nəzərinizə çatdırmaq istərdik ki 1 aprel tarixindən etibarən bank, ipoteka krediti üzrə gecikməsi  olan müştərilərin əsas məbləğinə cərimə faizlərinin hesablanmasını dayandırır. Bu o deməkdir ki, Müştəri ipoteka kreditinin məbləğini vaxtında ödəmədiyi halda  (gələcəkdə ödəmək şərti ilə) Bank tərəfindən ona heç bir cərimə tətbiq olunmayacaq»-deyə bankın açıqlamasında bildirilir.

Digər xəbərlər

Banner