Bank

Azərbaycanda ilk dəfə qeyri-rezidentlər üçün məsafədən bank hesabının açılması xidməti - TƏQDİM EDİLƏCƏK

Azərbaycanda ilk dəfə qeyri-rezidentlər üçün məsafədən bank hesabının açılması xidməti - TƏQDİM EDİLƏCƏK | FED.az
10:14 9 Okt 2019

“Elektron və mobil rezidentlik çərçivəsində Azərbaycanda ilk dəfə Rəqəmsal Ticarət Qovşağının təşəbbüsü ilə qeyri-rezidentlər üçün banka getmədən məsafədən bank hesabının açılması xidməti təqdim ediləcək”.

FED.az xəbər verir ki, bunu bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən “3-cü Rəqəmsal Ticarət Forumu: İpək yolunun rəqəmsallaşdırılması” mövzusunda keçirilən tədbirdə Maliyyə Baxarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədrinin vəzifəsini icra edən İbrahim Alışov bildirib.

Eləcə də bax: Bakıda Rəqəmsal Ticarət Qovşağına dair beynəlxaq konfrans keçirilir

İ.Alışov deyib ki, əlavə olaraq hazırda qeyri-rezidentlərin şirkətlərinin sosial xidmətlərdən istifadə edilməsi, habelə həm özəl, həm də dövlət xidmətlərinə çıxışın təmin olunması istiqamətində fəaliyyət göstərilir: “Təsadüfi deyil ki, Rəqəmsal Ticarət Qovşağının fəaliyyəti dövründə əldə olunan uğurlar və davamlı formada həyata keçirilən islahatlar Rusiya, Türkiyə, Gürcüstan, Böyük Britaniya, İspaniya, Hindistan və digər dövlətlərin marağına səbəb olur”.

Apa

Digər xəbərlər