Bank

Azərbaycanda «Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri» adlı dərslik – TƏQDİM EDİLİB

Azərbaycanda «Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri» adlı dərslik – TƏQDİM EDİLİB | FED.az
10:42 9 May 2021

Azərbaycanda rəqəmsal ödənişlər və elektron bankıılığa həsr olunmuş dərslik təqdim edilib.

FED.az xəbər verir ki, dərsliyin iki müəllifi var. Bunlar Azərbaycan Banklar Assosiasiyasının (ABA) ekspert qrupunun rəhbəri, Bank of Bakunun əməkdaşı Tamerlan Rüstəmov və Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və statistika kafedrasının baş müəllimi, Mərkəzi Bankın əməkdaşı Xəyaləddin Tağıyevdir.

Hər iki müəllif İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşlarıdır.

FED.az xəbər verir ki, tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, yeni dərslik ali təhsil məktəblərində istifadə ediləcək.

“Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” dərsliyində rəqəmsal ödənişlər və onların xüsusiyyətləri, ödəniş ekosistemi üzrə “hörümçək toru” prinsipi haqqında ətraflı məlumat verilib.

Həmçinin rəqəmsal ödəniş ekosistemi üzrə normativ hüquqi baza və onun təkmilləşdirilməsi istiqamətləri, Milli Ödəniş Sistemi infrastrukturu və onun komponentləri, pul köçürmə əməliyyatları, ödəniş alətlərinin qabaqcıl beynəlxalq təcrübə əsasında bölgüsü də nəşrdə əksini tapıb.

Bundan başqa, kitabda elektron bankçılıq xidmətləri və bu sahədə risklər, rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarının növü barədə də ətraflı qeyd olunub.

Tədbirdə çıxış edən kitabın həmmüəllifləri Xəyaləddin Tağıyev və Tamerlan Rüstəmov nəşrin ərsəyə gəlməsində dəstək olan qurumlara təşəkkür edib.

Təhsil Nazirliyinin əməkdaşı Vüsalə Qurbanova, Mərkəzi Bankın maliyyə savadlılığı şöbəsinin rəisi Xumar Hüseynova, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor vəzifəsini icra edən i.e.d Arzu Hüseynova, Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva dərsliyin həm universitet tələbələri, həm də rəqəmsal savadlılığını artırmaq istəyən istənilən şəxs üçün səmərəli olacağını qeyd edib.

Banner

Digər xəbərlər