Banner

Bank

Bakıda “Bank Standard”ın Kreditorlar Komitəsinin iclası keçirilir

Bakıda “Bank Standard”ın Kreditorlar Komitəsinin iclası keçirilir | FED.az
15:42 29 Yan 2018

Bakıda ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası başlayıb.

İclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasında keçirilir.

İclasda “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov, Bankın təxminən 50 kreditoru, eləcə də ADIF-in əməkdaşları iştirak edirlər. İclası açıq elan edən Ə.Həsənov bildirib ki, ləğvedici kreditorların pulunun qaytarılmasına nəinki kömək etmir, əksinə, buna mane olur: “Fondun icraçı direktorunun müavini Vüqar Abdullayev söz vermişdi ki, “Bank Standard”da son vəziyyət, onun əmlakları haqqında məlumat versin. Amma o, sözünə əməl etməyib. Həmçinin, Bankın növbəti ləğv planı təsdiq edilmək üçün hazır deyil”.

Bundan başqa, sədrin sözlərinə görə, Fond KPMG audit şirkəti ilə işləyir ki, bu da qəbuledilməzdir: “KPMG-nin Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində “Artsax bank”a xidmət göstərməsi bir yana, digər tərəfdən bu şirkət “Bank Standard”ın əmlakını aşağı qiymətləndirib. Məsələn, KPMG bəyan edib ki, Bankın daşınmaz əmlaklarının dəyəri 40 mln. manatdır. Halbuki, o məbləğ təkcə şəhərin mərkəzindəki baş ofisin qiyməti ola bilər. Bundan başqa, KPMG deyib ki, Bankın 750 mln. manatlıq kredit portfelindən cəmi 150 mln. manatını geri qaytarmaq mümkün olacaq. Fond da bu rəqəmləri cəmləyib bəyan edir ki, ortalıqda 190 mln. manat var və bu pulu da özü götürəcək. Yəni, kreditorlara pul çatmayacaq. Kreditorlar Komitəsi buna etiraz edir və hesab edir ki, növbədə birinci Fond deyil, kreditorlar olmalıdır”.

Digər xəbərlər

Banner