Bank

Balans kapitalı 400 milyon manatdan çox olan - 4 BANK

Balans kapitalı 400 milyon manatdan çox olan - 4 BANK | FED.az
10:34 4 Mart 2021

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il yanvarın 1-nə balans kapitalı 400 milyon manatdan çox olub.

Eləcə də bax: Depozit portfeli 1 milyard manatdan çox olan 4 bank

FED.az xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (1 milyard 326 milyon 602 min manat), “Kapital Bank” (634 milyon 195 min manat), “PAŞA Bank” (541 milyon 145 min manat) və “Xalq Bank”dır (436 milyon 788 min manat).

Qalan 22 bankdan 3-də balans kapitalı 100-200 milyon manat arasında, 18 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.

7 bankın balans kapitalı azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 7-nin bu il yanvarın 1-nə balans kapitalı illik müqayisədə az olub.

Bunlar “Muğan Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, Pakistan Milli Bankının Bakı filialı, “Rabitəbank”, “AFB Bank”, “Yelo Bank” və “Bank BTB”dir.

Ən çox azalma “Bank BTB”də (15,6%), ən az azalma isə “Muğan Bank”da (0,2%), qeydə alınıb.

Qalan 19 bankın isə balans kapitalı artıb. Ən yüksək dinamika “Kapital Bank”da (49,2%), ən aşağı dinamika isə “Azər-Türk Bank”da (0,6%) qeydə alınıb. (Renkinq)

 

Banner

Digər xəbərlər