Banner

Bank

Bank əmanətlərilə bağlı maraqlı proseslər – BÖLGƏLƏRDƏ ARTIM VAR

Bank əmanətlərilə bağlı maraqlı proseslər – BÖLGƏLƏRDƏ ARTIM VAR | FED.az
09:26 6 İyul 2020

Azərbaycanın bank sektorunda əmanətlərlə bağlı maraqlı proseslər baş verməkdədir. 

Eləcə də bax: Bağlanmış banklar üzrə qaytarılan - ƏMANƏTLƏR AÇIQLANDI

FED.az xəbər verir ki, rəsmi rəqəmlərə əsasən, ümumilikdə ölkə üzrə bank əmanətləri azalsa da, ölkənin əksər regionlarında bank əmanətlərinin artması müşahidə edilir. 

FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 1 yanvar 2020-ci il tarixindən 1 iyun 2020-ci il tarixinədək ölkə banklarındakı əmanətərin məbləği təqribən 1 milyard manat - daha dəqiqi 976,6 milyon manat və ya 11,2% azalaraq 7 milyard 661,3 milyon manata enib. Yerə gəlmişkən, AMB bunun bankların bağlanması ilə əlaqədar olduğunu bildirir.

Əmanətlərin azalmasının böyük hissəsi, Bakının payına düşür – göstərilən müddətdə Bakıda əmanətlər 979 milyon manat (12,5%) azalaraq 6 milyard 832 milyon manata enib.

Abşeronda əmanətlər 40 milyon manat və ya 15,7% azalaraq 215,3 milyon manata enib. 

Lənkəran İqtisadi rayonunda əmanətlər 733 min manat və ya 1,2% azalaraq 61,2 milyon manat olub. 

Ölkəynin digər ərazilərində isə əmanətlərdə artım var. Belə ki, 

Aran rayonlarında ötən 5 ayda əmanətlərdə artım olub -  10,4 milyon manat və ya 7% artaraq 159 milyon manata yüksəlib.

Dağlıq Şirvan iqtisadi rayonunda da əmanətlərin artımı baş verib – ilin əvvəlindən bəri bu bölgədə əmanət məbləği 2,4 milyon manat və ya 11,1% artaraq 23,8 milyon manata qalxıb. 

Gəncə-Qazax iqtisadi rayonunda da ban əmanətləri artır – əmanətlər 4,7 milyon manat və ya 2,8% artaraq 173,6 milyon manata yüksəlib. 

Quba-Xaçmaz zonasında bank əmanətlərinin həcmi ilin əvvəlindən indiyədək 1,8 milyon manat və ya 2,9% artaraq 62,7 milyon manata çatıb. 

Şəki-Zaqatala bölgəsi də bank əmanətlərinin artdığı ərazidir. İlin əvvəlindən burada bank əmanətlərinin məbləği 5,3 milyon manat və ya 10,4% artaraq 56,1 milyon manata yüksəlib. 

Bank əmanətlərinin ən çox artdığı ərazi Yuxarı Qarabağ rayonudur. İlin əvvəlindən iyun ayının 1-dək bu ərazidə banklara yatırılan əmanətlər 2 dəfədən çox artaraq 11.9 milyon manatdan 24,2 milyon manata çatıb. 

Naxçıvan MR-da də bank əmanətlərinin məbləği yüksəlib. AMB-nin məlumatına görə, ilin əvvəlindən indiyədək muxtar respublikada əmanətlərin həcmi 6,2 milyon manat və ya 13,3% artaraq 53,3 milyon manata yüksəlib. 

Digər xəbərlər

Banner