Bank

Bank əmanətlərinin tərkibində – Manat Dolları Üstələdi – 2015-DƏN BƏRİ İLK DƏFƏ

Bank əmanətlərinin tərkibində – Manat Dolları Üstələdi – 2015-DƏN BƏRİ İLK DƏFƏ | FED.az
19:36 18 İyun 2021

Azərbaycanda son 6 ildə ilk dəfə olaraq bank əmanətlərinin tərkibində manat dolları üstələyib.

Mərkəzi Bank: Kreditlərə tələbat artdıqca, kredit faizləri də artır

FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı rəqəmlərə əsasən, mayın əvvəlinə ölkə banklarında əmanətərin həcmi 8 352,9 milyon manat təşkil edib.

Bunun 4 285,2 milyon manatı, yəni 51,3%-i manat əmanətlərinin, 4 067,7 milyon manatı və ya 48,7% isə dollarla yerləşdirilən əmanətlərin payına düşüb.

Manat əmanətlərinin dollarla əmanətləri üstələməsi 2015-ci ilin fevralından indiyədək ilk dəfə baş verib.

Ümumilikdə bu ilin əvvəlindən indiyədək banklarda əmanətlərin həcmi 175 milon manat və ya 2,1% artıb.

Bu döırdə manat əmanətləri 258 milyon manat və ya 6,4% artıb, dollar əmanətləri isə 83 milyon manat və ya 2% azalıb.

Son 5 ayda isə əhalinin müddətli manat əmanətləri 16.1% artıb.

Banner

Digər xəbərlər