Bank

“Bank of Baku”nun əməkdaşı ABA-da qrup rəhbəri - TƏYİN EDİLDİ

“Bank of Baku”nun əməkdaşı ABA-da qrup rəhbəri - TƏYİN EDİLDİ | FED.az
15:08 26 Fev 2020

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Eləcə də bax: Azərbaycan Mərkəzi Bankında - YENİ TƏYİNAT

FED.az xəbər verir ki, iclasda “Ödəniş sistemləri və alternativ xidmət kanalları” Ekspert Qrupunun yeni rəhbəri olaraq Tamerlan Rüstəmov təyin edilib.

Cari ilin yanvar ayından etibarən “Bank of Baku” ASC-də Ödəniş sistemləri departamentinin direktor müavini vəzifəsində işləməyə başlayan Tamerlan Rüstəmov bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasında Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi vəzifəsində çalışıb. Ödəniş sistemləri və rəqəmsal ödənişlər sahəsində fəaliyyətə isə 2008-ci ildən Azərbaycan Respublikasının Mərkəzi Bankında başlamışdır. Bu müddət ərzində ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində yeni qanun layihəsinin hazırlanması, rəqəmsal ödənişlərin əhatə dairəsinin genişlənməsi və innovativ ödəniş alətlərinin tətbiqi, bu sahədə tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılaraq həyata keçirilməsi, habelə maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində tədbirlərin reallaşdırılmasında yaxından iştirak edib.

İclasda həmçinin “Hüquqi məsələlər” üzrə Ekspert Qrupunun sədri Qorxmaz Ağayevin bank və əlaqəli sektorlar üzrə qanunvericilik təşəbbüslərinin irəli sürülməsi və dəstəklənməsi layihəsinin təklifi ilə bağlı fəaliyyət istiqamətləri müzakirə edilib.

Apa

Digər xəbərlər

Banner