Bank

Bank öz işçilərinə evdən işləməyi tapşırdı - VİRUSA GÖRƏ

Bank öz işçilərinə evdən işləməyi tapşırdı - VİRUSA GÖRƏ | FED.az
09:50 28 Yan 2020

Nüfuzlu maliyyə qurumu "Credit Suisse Group SA", Honq Konqdakı işçilərini, Çini ziyarət etdikdən sonra ən azı 14 gün ofisə gəlməmələri barədə xəbərdarlıq edib.

Eləcə də bax: Çində virusdan ölənlərin sayı 106 nəfərə - YOLUXANLARIN SAYI 4515-Ə ÇATIB

FED.az xarici mediaya istinadən xəbər verir ki, işçilərin  14 günlük ofisə gəlmə qadağası sonrasından işə gəlmək istəyən işçilər öncə bu barədə rəhbərliklə danışmalı və yalnız müsbət cavab alındıqdan sonra işçilərin ofisə gəlməsinə icazə verilir. Həmçinin Çinə zəruri olmayan iş səyahətləri məhdudlaşdırılıb.

Qızdırma ya da qrip əlamətləri olanlar müalicə olunduqdan və həkimin icazəsi olduqdan sonra işə çıxa biləcəklər.

Qeyd edək ki, "Credit Suisse"in 2018-ci ilin sonuna olan məlumata görə, dünyada 45 min işçisi var.  Honq Konq isə bankın bölgədəki əsas mərkəzi hesab olunur.

Digər xəbərlər