Bank

Bank sədri: "Sahibkarlar üçün bir çox maraqlı təkliflər hazırlamışıq"

Bank sədri: "Sahibkarlar üçün bir çox maraqlı təkliflər hazırlamışıq" | FED.az
17:38 27 Yan 2021

"Yelo Bank" ASC ötən ilin IV rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

2020-ci ilin sonunda Yelo Bankın cəmi aktivləri 390.9 milyon manat təşkil edib.

Eləcə də bax: Ani Ödənişlər Sistemi biznes müştərilər üçün 24/7 rejimində - İlk Olaraq "Yelo Bank"da

Yelo Bankdan FED.az-a daxil olmuş məlumatda bildirilir ki, Bankın kredit portfeli 308.3 milyon manat təşkil edib, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 4 milyon manat artımdan xəbər verir. Keçən ilin eyni dövrü ilə müqayisədə biznes kreditlərinin həcmində 22 milyon  AZN və ya 18% artım müşahidə olunub.

Məcmu kapitalın adekvatlıq əmsalı 18.34 %, birinci dərəcəli kapital adekvatlığı əmsalı  isə 16.04 % təşkil edir. Bu da, öz növbəsində, normadan müvafiq olaraq təxminən 2 və 3 dəfə çox olmaqla Bankın möhkəm kapital dayanıqlığını ifadə edir.

Bank nizamnamə kapitalını 2020-ci ilin üçüncü rübü ilə müqayisədə 5.6% artıraraq 378 milyon manat səviyyəsinə çatdırmışdır.

Bank il ərzində güclü likvidlik mövqeyini qoruyub saxlaya bilmişdir.   

Yelo Bank-ın İdarə Heyətinin Sədri Anar Həsənov hesabat dövrü üzrə maliyyə nəticələrini şərh edib: “Hazırki dövrdə əsas vəzifəmiz pandemiyanın yaratdığı fəsadları daha tez aradan qaldırmaq üçün müştərilərimizin gözləntilərini və ehtiyaclarını ən yüksək səviyyədə qarşılamaqdır. Bu baxımdan, verdiyimiz biznes kreditləri həcminin artması bizim ölkənin real sektorunun inkişafına dəstəyimizin göstəricisidir. Bank olaraq real sektorun stimullaşdırlmasını bundan sonra da planlı şəkildə davam etdirəcəyik. Sahibkarlar üçün bir çox maraqlı təkliflər hazırlamışıq və il boyunca onlar bu təkliflərdən yararlana biləcəklər. Bununla yanaşı, biz davamlı olaraq yeni texnologiyalara yatırım edir, rəqəmsal məhsullarımızın sayını artırır, filial şəbəkəmizi genişləndirir və yeni konsepsiyamıza uyğun müasirləşirik. Gördüyümüz məqsədyönlü işlərin nəticəsi müştərilərimizin məmnuniyyəti və maliyyə göstəricilərimizdə də öz əksini tapacaq”.

Banner

Digər xəbərlər