Banner

Bank

"“Bank Standard”ın verdiyi kreditlərlə bağlı - 2 582 MƏHKƏMƏ PROSESİ GEDİR"

"“Bank Standard”ın verdiyi kreditlərlə bağlı  - 2 582 MƏHKƏMƏ PROSESİ GEDİR" | FED.az
16:24 9 Yan 2020

Ləğv prosesində olan “Bank Standard” QSC-nin vaxtilə verdiyi kreditlərlə bağlı 2 582 məhkəmə prosesi gedir.

FED.az xəbər verir ki, bu barədə Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayev məlumat verib.

Eləcə də bax: «Bank Standard»da bir nəfərin - 44 MİLYON DOLLARI BATIB

Onun sözlərinə görə, bəzi məhkəmə işləri artıq icraatdadır: “Bu işlər üzrə kreditlərin ümumi məbləği 230 milyon manatdır”.

V.Abdullayev həmçinin qeyd edib ki, ləğvetmə dövründə Bankdan kredit götürənlər ADIF-ə 84 milyon manat ödəniş edib, 60 milyon manatlıq əmlak isə Fondun balansına götürülüb. 

“Report”

Digər xəbərlər

Banner