Bank VTB Azərbaycan” ASC VISA ödəniş sisteminin kart istifadəçiləri üçün aksiyaya start verdi. Aksiyanın şərtlərinə əsasən kart vasitəsilə azı 20 manat olmaqla 5 və daha çox nağdsız ödəniş həyata keçirən müştərilər hədiyyə qazanacaq.
Nağdsız əməliyyatları ölkə ərazisində bütün ticarət nöqtələrində və onlayn rejimdə həyata keçirmək mümkündür. Nağd vəsaitin çıxarılması, istənilən növ karta köçürmələr, kreditlərin ödənişi üzrə əməliyyatlar və qaytarma əməliyyatları hesablamada nəzərə alınmayacaq.
Hər ayın sonunda daha çox tranzaksiya həyata keçirən 100 müştəri qalib elan olunacaq. Aksiya 12 aprel 2020-ci il tarixinə qədər davam edəcək.