Banner

Bank

Banklar yenə depozitlərə axın etdilər – 3 QAT TƏLƏB 

Banklar yenə depozitlərə axın etdilər – 3 QAT TƏLƏB  | FED.az
12:26 1 İyun 2020

Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb. 

FED.az xəbər verir ki, 01.06.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 716,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil edib. 

Hərrəca təklif edilən depozit həcmi 250 milyon manat təşkil edib. Başqa sözlə depozit yerləşdiriməyə tələbat təklif 3 dəfə üstələyib. 

Mərkəzi Bankın bununla bağlı elanında faiz dərəcələrinin 6,76% - 7,24% olması göstərilib.  Amma tələbat böyük olduğundan faiz dərəcəsi minimum olub. 

Digər xəbərlər

Banner