Banner

Bank

Banklarımızın ən yaxşı - KREDİT/TAKSİT KARTLARI - SİYAHI

Banklarımızın ən yaxşı - KREDİT/TAKSİT KARTLARI - SİYAHI | FED.az
12:34 4 Fev 2020

Kredit kartları günümüzün vacib tələblərindən biridir. Onlar sizin maliyyə yardımçınız olub, xərclərinizi sadəcə qazandığınız deyil, həm də borclandığınız vəsait ilə qarşılayıb risklərinizi azaltmaq imkanı verir.

Eləcə də bax: Azərbaycan banklarının ən cazib - DEBET KART TƏKLİFLƏRİ

FED.az xəbər verir ki, taksit kartları isə kredit kartlarının bir növü olub, alış-veriş edərkən və ya xidmət alarkən həmin xidmətin dəyərini hissə-hissə ödəmək imkanı verir.

Eləcə də bax: Kredit kartlarının sayındakı azalma - 100 MİN ƏDƏDƏ YAXINLAŞDI

Kredit kartlarında həm də xərclədiyiniz vəsaitin bir hissəsi “cash back” şəkilində geri qayıdır və ya bu kartlar sizə müxtəlif ballar (ürəklər, bonuslar, millər) toplayıb sonra onu mübadilə emtək imkanı verir. Bu dəfə Fed.az olaraq, sizə ölkənin ən yaxşı 7 kartını təqdim etmək istəyirik.

Eləcə də bax: Azərbaycan banklarının - BEYNƏLXALQ REYTİNQLƏRİ – 2019 - SİYAHI

Tamkart

1. Eyni bir kartda iki fərqli hesabı idarə etmək imkanı verir. Yəni kartınızı həm debet, həm də kredit kartı kimi istifadə edə bilirsiniz. Kartın üz tərəfi debet, arxa hissəsi isə kredit kartı rolu oynayır.

2. 18 aya qədər taksit imkanı verir ki, bu da banklar arasında ən böyük taksit dövrlərindən biridir, yəni aldığınız məhsulun qiymətini 18 aya qədər müddətdə hissə-hissə ödəyə bilirsiniz.

3. Beynəlxalq Bankın ölkənin ən böyük banklarından biri olması karta üstünlük gətirir, ABB bankomatları ölkə ərazinin bir çox hissəsində əlçatandır, həmin ATM-lərdə də debet Tamkart nağdlaşdırması pulsuz, kredit Tamkart nağdlaşdırılması isə 1,5%-dir.

Eləcə də bax: Azərbaycanda ən çox və ən az - İSTEHLAK KREDİTİ VERƏN BANKLAR - SİYAHI

Bolkart

1.Bolkart kredit kartı kimi ikin olaraq kart pulsuz təqdim olunur, dövriyyədən asılı olaraq birinci ilin xidmət haqqı və digər illərin xidmət haqqı məbləğini ödəməkdən azad ola bilərsiniz.

2. Ödəniş müddətinin dəyişdirilməsi imkanı - yəni ayın əvvəlində qazanclarınız az olursa, hesab kəsim müddətini ayın ikinci və ya üçüncü hissəsinə təyin edə bilərsiniz.

3. Partnyor şəbəkəsinin geniş olması daha çox məntəqədə taksitlə alış-veriş imkanı yaradır.

Eləcə də bax: Azərbaycanda ən çox və ən az - BİZNES KREDİTİ VERƏN BANKLAR - SİYAHI

Paykart

1. Bazarda ilk stikerli plastik kartlar Bank Respublika tərəfindən təqdim olunub, bu isə o deməkdir ki, bütün Paykart sahibləri də bu stikerlərdən istifadə edə bilər.

2. Həm kedit, həm taksit kartı kimi istifadə olunur, kart vasitəsilə ödəniş etdikdə, müştərinin istəyi ilə bütün ödənişlər 12 ayadək bölünə bilər (3,6,9,12).

Eləcə də bax: Yeni qadağa plastik kart istifadəçilərinə - NECƏ TƏSİR EDƏCƏK?

Albalı Plus

1. Albalı Plus-un taksit imkanı müştəriyə Unibank-ın partnyoru olan 1000-dən artıq  ticarət və xidmət məntəqəsində istədiyi məhsulu alıb dəyərini hissə-hissə ödəmək imkanı verir

2. Albalı Plus kartının sms-taksit xidməti qeyri-partnyor mağazalarda da alış-verişin dəyərini 3 və ya 6 aya bölərək ödəmək imkanı verir

3. Kartı əldə etmək pulsuzdur. Kredit xəttindən isitfadəyə görə komisyon isə 2%-dir.

Eləcə də bax: Bank rəhbəri: “Normal müştəriyə niyə - BİZNES KREDİTİ VERMƏYİM Kİ?”

Smile Card

1. Dünyanın istənilən yerində əlavə komissiyasız nağdlaşdırma imkanı vardır.

2. Həm debet, həm də kredit kartı kimi isitfadə oluna bilən kartdır, kredit xəttinin məbləğindən asılı olaraq, nağdlaşdırma limiti dəyişir. Karta əlavə vəsait yerləşdirə bilərsiniz, bu vəsait Expressbank ASC bankomatlarından nağdlaşdırılarkən komissiya tətbiq edilmir

3. İstənilən növ əməliyyat məbləğinin üzərinə 6% (12%) komissiya hesablanır və müvafiq olaraq 6 aya (12 aya) bölünür.

Eləcə də bax: Azərbaycanda bank restoranlara verdiyi krediti – GERİ ALA BİLMİR

Worldcard

1. Dünyadakı ən yaxşı kart məhsullarından biri hesab olunur. Bu kart  ilə  World Üzv Ticarət Obyektləri şəbəkəsində balhissə-hissə ödəmə imkanlarından faydalanmaq mümkündür

2. Worldcard vasitəsilə edəcəyiniz bütün alış-verişlərinizdən bal qazanacaqsınız. Qazandığınız ballarınızla World Üzv Ticarət Obyektlərində alış-veriş edə bilərsiniz.

3. Worldcard Classic-lə istədiyiniz zaman limitinizin 50%-ni nağdlaşdıra bilər, 3-12 ay arası sabit və çox uyğun faizlərlə rahat bir şəkildə geri ödəyə bilərsiniz.

Eləcə də bax: Avropada depozitdən sonra kredit faizləri də – «MƏNFİ»YƏ DÜŞDÜ

Kartmane Kredit

1. İlk kredit kartıdır ki, 100 günə qədər güzəşt müddəti var, yəni kartla aldığınız məhsulun dəyərini 100 gün ərzində kartınıza geri qoyaraq, həmin məbləğdən faizsiz istifadə etmiş olursunuz.

2. Kartın ikinci üstünlüyü hətta cəmi 200 manat net əməkhaqqısı olanlar üçün də əlçatan olmasıdır. 

3.Kartmene ilə bütün yanacaqdoldurma məntəqələrində və restoranlarda kartla ödəniş etdiyiniz zaman “cash back” qazanırsınız.

Bolkart:  Kartın illik xidmət haqqı komissiyası - 20 AZN, ilkin olaraq kart pulsuz təqdim olunur, dövriyyədən asılı olaraq birinci ilin xidmət haqqı və digər illərin xidmət haqqı məbləğini ödəməkdən azad ola bilərsiniz.

Smilecard - Nağdlaşdırma limiti kreditin məbləğindən asılı olaraq dəyişir. Kreditin məbləği 700 AZN-dək olduqda - 100%, 701 AZN-dən 1000 AZN-dək olduqda - 75%, 1001 AZN-dən 2000 AZN-dək olduqda - 50%, 2000 AZN-dən yuxarı olduqda - 25% təşkil edir.

Unibank: Nağdlaşdırma limiti ilə bağlı bildirilir ki, müştərinin risk qrupundan asılı olaraq rəqəm fərqli ola bilər. Ona görə bununla bağlı hər bir müştəriyə fərdi məlumat verilir.

Worldcard isə kredit məbləğinin hansı aralıqda dəyişməsi ilə bağlı məlumatı açıqlamır, bu informasiya da yalnız müştəri müraciəti əsasında verilir.

 

Digər xəbərlər

Banner