Bank

Bankların lisenziyalaşdırılması və prudensial nəzarətə dair 2 normativ sənəd yenilənəcək

Bankların lisenziyalaşdırılması və prudensial nəzarətə dair 2 normativ sənəd yenilənəcək | FED.az
11:26 19 Aprel 2017

Azərbaycan Banklar Assosiasiyası (ABA) üzvü olan kommersiya banklarının rəhbərliyinə müraciət edib.

Müraciət ABA-nın icraçı direktoru Yunus Abdulovun adından ünvanlanıb.

Müraciətdə bildirilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın, eləcə də “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”ın layihələrini hazırlayaraq ABA-nın üzvlərindən rəy və təkliflərin alınması məqsədilə quruma ünvanlayıb. Banklardan qeyd olunan qaydalara dair rəy və təkliflərini aprelin 20-nə qədər ABA-ya təqdim etmək xahiş olunub. a

Digər xəbərlər

Banner