“Azərbaycan Beynəlxalq Bankı” ASC - Daxili Audit departamentinə Auditor (Fraud investigation/Compliance/Hüquq istiqamətində) vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
Daxili nəzarət sistemlərinin effektivliyinin və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi, risklərin qiymətləndirilməsi metodologiyası və risklərin idarə edilməsində prosedurlarının tətbiqinin və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi;
Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin (qiymət baxımından sərfəlilik) qiymətləndirilməsi;
Bankın fəaliyyətində xüsusi əməliyyatların (sahələrin) yoxlanılması və qiymətləndirilməsi, proseslərin adekvatlığnın qiymətləndirilməsi;
Auditin nəticələri, verilmiş tövsiyələr eləcə də onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi;
Qayda və prosedurların həyata keçirilməsi, qanunvericiliyə və davranış məcəlləsinə riayət olunmasını təmin edən sistemlərin yoxlanılması və qiymətləndirilməsi;
Ssenarilər hazırlamaq və onlar üzrə təhlillər aparmaq, uyğunluğun qiymətləndirilməsi.
Vakant vəzifə üzrə tələblər:
Hüquqi ali təhsil;
Fraud investigation/Compliance/Hüquq sahəsində minimum 1-3 il iş təcrübəsi;
Fraud investigation/Compliance/Hüquq sahələri üzrə beynəlxalq və yerli tələb/standartlar barədə biliklərə sahib olmaq;
Ssenarilər hazırlamaq və test etmə, uyğunluğun əsaslandırılması bacarıqları;
Azərbaycan, rus və ingilis dillərini bilmək;
Ofis proqramları ilə peşəkar işləmə bacarığı;
Fraud investigation/Compliance/Hüquq istiqamətində beynəlxalq sertifikat sahiblərinə əlavə üstünlük veriləcəkdir.
Bu iş sizə nələri qazandıracaq:
Bank sahəsində iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 Noyabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Auditor” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az
“Azərbaycan Beynəlxalq Bankı” Telemarketinq qrup rəhbəri vakansiyasını açıq elan edir. Bu yeni komandanın yaranmasında iştirak etmək üçün nadir bir fürsətdir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, idarəetmə və satışların təşkili sahəsində təcrübəsi olan bütün namizədləri aktiv şəkildə böyüyən Telemarketinq komandamıza qoşulmağa dəvət edirik! Telemarketinq qrup rəhbəri olaraq Siz bankın potensial müştərilərinə zənglərin edilməsindən, bankın təklif etdiyi məhsullarının satışını həyata keçirilməsindən və satış kvotasının yerinə yetirilməsindən məsul olan komandaya rəhbərlik edəcəksiniz.
Görəcəyiniz işlər:
Operatorların işinin effektiv şəkildə təşkili: bazanın qurulması, iş modellərinin təkmilləşdirilməsi, İT sistemləri üçün tələblərin təsvirinin hazırlanması
Satış üçün edilən və qəbul olunan zəng sayısının artırılması, skriptlərin təkmiləşdirilməsi
Nəzarət və hesabat sisteminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi
İşçilərin işə qəbulu və adaptasiyasında iştirak, motivasiya sisteminin qurulması
Cari işçilər üçün təhsil və təlim proqramlarının hazırlanmasında iştirak
Bankın başqa departamentləri ilə müntəzəm şəkildə əlaqənin saxlanılması
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
Adekvat əmək haqqı və bonus sistemi
Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
Davamlı karyera inkişafı
Bizim üçün ideal namizəd:
Satış sahəsində (telesatış və ya qaynar satışlar) ən az 3 il iş təcrübəsi olan
Satış üzrə qrup rəhbəri və ya trener kimi təcrübəsi olan
Münaqişələrə kreativ həll yolu tapan
Analitik bacarığı olan
Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən
Güclü kommunikativ qabiliyyətə sahib olan
Komputer və MS Office proqram bilikləri yüksək səviyyədə olan bir şəxsdir
Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına 30.11.2019 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "Telemarketinq qrup rəhbəri")
Əlavə məlumat üçün: www.ibar.az