Bank

Daha bir bankın vəziyyəti - MƏLUM OLDU – HESABAT

Daha bir bankın vəziyyəti - MƏLUM OLDU – HESABAT | FED.az
14:06 29 Yan 2020

«Bank Avrasiya» 2019-cu ilin sonuna olan hesabatını açıqlayıb.

Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR

FED.az xəbər verir ki, ötən il bank cüzi də olsa böyüyüb - aktivləri 2,8 milyon manat və ya 1,7% artaraq 170,4 milyon manata çatıb.

Bankın kreditləri təqribən 10 milyon manat artaraq 99 milyondan 109,2 milyon manata yüksəlib. 

Ehtiyat ayırmaları çıxandan sonra xalis kredit portfeli 97,3 milyon manatdır.

Amma bu artımdan sonra da «Bank Avrasiya»nın kredit portfeli bank sktorunda ən kiçiklərdən sayılır.

Bankın öhdəlikləri isə 2,7 milyon manat azalaraq 100,7 milyon manata enib.

2019-cu ilin nəticələrinə görə «Bank Avrasiya»nın kapitalı artıb. Bu göstərici 5,5 milyon manat artaraq 69,7 milyon manata çatıb.

2019-cu ildə bankın «yaralı yeri» depozitlər olub. Ötən il Bank Avrasiyada depozitlər cüzi də olsa azalıb – 634 min manat və ya 1,2%.

Ən çox azalan əmanətlər olub – ötən il fiziki şəxslərin bankdakı əmanətləri 6,6 milyn manat azalaraq 39 milyon manata düşüb.

Əvəzində hüquqi şəxslərin depozitində təxminən o qədər artım var – 5,9 milyon manat artımla 14,8 milyona yüksəlib.

Maraqlıdır ki, «Bank Avrasiya» mənfəət-zərər hesabatını hələ açıqlamayıb. Amma bildirir ki, ili 5 milyon 357 min manat xalis mənfəətlə başa vurub.

Əvvəlki illərin mənfəətini də nəzərə alanda «Bank Avrasiya»nın 18 milyon 15 min manat bölüşdürülməmiş mənfəəti var.

Maliyyə vəziyyəti haqqında hesabat

Hesabatlılıq dövrü: 31.12.2019

Yenilənmə tarixi:   29.01.2020

Hesabat dövrü Ötən ilin sonu
1 Aktivlər: 170438.35 167637.08
1.1 Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait 32353.11 25796.85
1.2 Ticarət və investisiya qiymətli kağızları 28617.75 34157.76
1.3 Banklar və digər maliyyə institutlarındakı depozitlər 3275.64 15398.47
1.4 Banklar və digər maliyyə institutlarına verilən kreditlər 984.12 1167.77
1.5 Müştərilərə verilmiş kreditlər 109250.45 99005.91
1.5.1 a) istehlak kreditləri 3470.65 5056.94
1.5.2 b) biznes kreditləri 63130.85 71113.43
1.5.3 c) daşınmaz əmlak kreditləri 42648.94 22835.54
1.5.4 d) digər kreditlər 0 0
1.5.5 Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat 11975.83 14328.15
1.5.6 Müştərilərə verilmiş kreditlər (xalis) 97274.62 84677.75
1.6 Əmlak və avadanlıqlar 5814.22 4371.27
1.7 Qeyri-maddi aktivlər 255.95 281.22
1.8 Təxirə salınmış vergi aktivləri 25.51 0
1.9 Balansdankənar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat 34.62 23.76
1.10 Digər aktivlər 1872.05 1809.75
2 Öhdəliklər: 100721.38 103422.85
2.1 Depozitlər 53821.51 54454.8
2.1.1 a) fiziki şəxslərin depozitləri 38984.45 45551.37
2.1.2 b) hüquqi şəxslərin depozitləri 14837.06 8903.43
2.2 Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər 0 0
2.3 Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 45789.36 47955.49
2.4 Borc qiymətli kağızları 0 0
2.5 Cari vergi öhdəlikləri 282.25 118.79
2.6 Təxirə salınmış vergi öhdəliyi 0 0
2.7 Subordinasiya borc öhdəlikləri 0 0
2.8 Digər öhdəliklər 828.26 893.76
3 Kapital: 69716.97 64214.23
3.1 Səhmdar kapitalı 50000 50000
3.2 Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər) 0 0
3.3 Bölüşdürülməmiş mənfəət 18015.04 12658.26
3.4 Ümumi ehtiyatlar: 1701.93 1555.97
3.4.1 a) kreditlər, lizinqlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar 1416.81 1275.37
3.4.2 b) əsas vəsaitlərin qiymətləndirilməsindən adi ehtiyatlar 0 0
3.4.3 c) digər ümumi ehtiyatlar 285.12 280.6
4 Cəmi öhdəliklər və kapital 170438.35 167637.08

Digər xəbərlər