Bank

"Dəmirbank"ın təminatsız kreditorlarına ödənişlər veriləcək – TARİX – RƏSMİ AÇIQLAMA

"Dəmirbank"ın təminatsız kreditorlarına ödənişlər veriləcək – TARİX – RƏSMİ AÇIQLAMA | FED.az
15:18 15 Yan 2020

Ləğv prosesində olan "Dəmirbank"ın təminatsız kreditorların tələblərinin ödənilməsinə başlanılır.

FED.az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğv prosesində olan "Dəmirbank" ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin ödənişi 23 yanvar 2020-ci il tarixindən etibarən başlanacaq. Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Eləcə də bax:"Dəmirbank"ın həbsdəki filial rəhbəri - MƏHKƏMƏYƏ MÜRACİƏT EDİB

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraçiət edərək bank rekvizitlərini qeyd etsinlər.  Əlavə məlumat almaq üçün əlaqə nömrələri: Bakı ş. (012) 596 65 91/92/93. Qaynar xətt:  941

Digər xəbərlər

Banner