Banner

Bank

"Dəmirbank”ın kreditorlarının tələbləri ilə bağlı növbəti dinləmələr keçiriləcək

"Dəmirbank”ın kreditorlarının tələbləri ilə bağlı növbəti dinləmələr keçiriləcək | FED.az
11:12 30 İyun 2018

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarına yenidən müraciət edib.

Fonddan FED.az-a verilən məlumata görə, bankın kreditorlarının ləğvedici tərəfindən etiraz edilmiş tələblərin siyahısına dair dinləmələr Bakı Apellasiya Məhkəməsində 6 iyul 2018-ci il saat 14.30-da davam etdiriləcək.

"Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin tələblərinə etiraz edilmiş kreditorlardan tələblərini təsdiqləyən sübutları təqdim edərək məhkəmə iclasında iştirak etmələrini xahiş edir", - deyə məlumatda vurğulanıb.

Digər xəbərlər

Banner