Bank

Dollara tələbat yenə artdı - VALYUTA HƏRRACI

Dollara tələbat yenə artdı - VALYUTA HƏRRACI | FED.az
12:42 2 İyul 2020

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

FED.az xəbər verir ki, AMB-dən verilən məlumata görə, hərracda tələb 53,1 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (30 iyun 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 4,5% və ya 2,3 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Digər xəbərlər

Banner