Bank

Dövlət Gömrük Komitəsi 2 bankla - ƏMƏKDAŞLIĞI DAYANDIRIB

Dövlət Gömrük Komitəsi 2 bankla - ƏMƏKDAŞLIĞI DAYANDIRIB | FED.az
16:44 4 Fev 2020

Dövlət Gömrük Komitəsinin reyestrinə daxil olan bankların sayı 13-dən 11-ə endirilib.

FED.az bu barədə Komitəyə istinadən xəbər verir.

Eləcə də bax: Prezidentin tələb etdiyi - SİYAHI – BANKLAR, KREDİT BÖLGÜSÜ

Məlumata görə, qurumun əməkdaşlığı dayandırdığı banklar “Bank Avrasiya” və “Bank BTB”dir. Həmçinin Komitə "Premium Bank"la da əməkdaşlığı dayandırmışdı. Lakin sonradan adı qeyd edilən bankla əməkdaşlıq bərpa edilib.

Gömrük xidməti göstərməyə davam edən banklar isə “Azərbaycan Beynəlxalq Bankı”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank”, “Azər-Türk Bank”, “Bank Respublika”, “Turan Bank” ASC-lər, eləcə də “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.

Adları çəkilən kredit təşkilatlarından ilk 6-da bir zəmanətin maksimal məbləği 1 milyon ABŞ dolları, eyni zamanda verilən zəmanətlərin maksimal məbləği isə 2 milyon dollar təşkil edir. Qalan 4 bank üzrə isə sözügedən məbləğlər müvafiq olaraq 250 min dollar və 500 min dollardır.

Report

Digər xəbərlər

Banner