Bank

Dünyanın ən böyük banklarından biri - 82 FİLİALINI BAĞLAYIR

Dünyanın ən böyük banklarından biri  - 82 FİLİALINI BAĞLAYIR | FED.az
13:13 20 Yan 2021

Dünyanın ən böyük bank və maliyyə xidmətləri göstərən qurumlarından olan HSBC bu il 82 filialını bağlamağa qərar verib.

Eləcə də bax: İlin əvvəlindən 70-ə yaxın - BANK FİLİALI BAĞLANIB

FED.az xəbər verir ki, şirkət müştərilərin bundan sonra rəqəmsal bank sisteminə müraciət etməli olacaqlarını açıqlayıb.

Filiallardan istifadə edən müştərilərin sayında son beş ildə üçdə bir azalma olub və pandemiyanın təsirləri nəticəsində bütün müştərilərlə əlaqələrin 90 faizi telefon və ya internet üzərindən olduğu üçün bank filialların azaldılmasına qərar verib.

Bağlama proqramından sonra şirkətin ölkə daxilində 511 filialı fəaliyyət göstərəcək.

Qeyd edək ki, 1865-ci ildə qurulan HSBC Holdinqin ümumi mərkəzi Londonda yerləşir. Bankın dünyada 10 mindən çox ofisi, 82 ölkədə 312 mindən çox işçisi və 125 milyondan çox müştərisi mövcuddur. (Azərtac)

Banner

Digər xəbərlər