Bank

E-PUL və VİSA sistemi LUKOİL müştəriləri üçün - QR ÖDƏNİŞ İMKANI YARATDI

E-PUL və VİSA sistemi LUKOİL müştəriləri üçün - QR ÖDƏNİŞ İMKANI YARATDI | FED.az
11:25 11 İyun 2020

Sektorunun innovatoru olan E-PUL ödəniş sistemi daha bir ilkə imza atdı. E-PUL və VİSA-nın birgə layihəsi nəticəsində “Lukoyl-Azərbaycan” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində QR kod ilə ödəniş etmək mümkün oldu. İstifadəçilər E-PUL servisinin mobil əlavəsi vasitəsilə QR kodla  Bakıdakı LUKOİL brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində ödənişlərini həyata keçirə bilər.

Eləcə də bax: Yelo Bankdan maaşınızın 10 misli qədər kredit!

Ödənişlərinizi rahat və təhlükəsiz həyata keçirmək üçün aşağıdakıları yerinə yetirin:

  • E-PUL mobil əlavəsini yükləyin:

Android: https://play.google.com/store/apps/details?id=az.epul.technopay.android

IOS: https://apps.apple.com/us/app/e-pul/id965770019?ign-mpt=uo%3D4

  • Kartı qeydiyyatdan keçirin və təhlükəsiz sistemə əlavə edin;
  • Operator kassada məbləği daxil etdikdən sonra yanacaq sütununa quraşdırılmış QR kodu oxudun;
  • Mobil əlavədə operator tərəfindən kassada daxil edilən məbləğ əks ediləcək;
  • Bir toxunuşla vəsait kartdan silinir və bu əməliyyat E-PUL hesabında "Tarixçə" bölməsində əks ediləcək;
  • Eyni zamanda kassadan ödənişin çekini əldə etmək mümkündür.

Göründüyü kimi, bu yenilik bir sıra üstünlüklərə malikdir. Artıq operatorun ödənişi qəbul etmək üçün POS-terminalla sürücüyə yaxınlaşmasına ehtiyac qalmır. Başqa sözlə, müştərilərlə operator arasında təmas minimuma endirilir.

Yeniliklə bağlı məlumat verən "Paysis" MMC-nin baş direktoru Samir Nasibov bunları xüsusi vurğuladı: “Azərbaycanda bu xidmətin hələ tətbiq edilməməsinə və populyar olmamasına baxmayaraq, QR ödənişləri sürətli və rahat ödənişləri təmin edir. POS-terminaldan istifadə etmədən ödənişləri anında yerinə yetirmək olur. Qürur duyuruq ki, "Lukoyl-Azərbaycan" QSC və Visa ilə birlikdə ilk dəfə Azərbaycanda bu xidməti təqdim edirik. Bununla da nağdsız ödənişlər istiqamətində fəaliyyətimiz daha da genişləndirilir və rəqəmsal iqtisadiyyata keçidin sürətlənməsinə şərait yaradılır".

"Lukoyl-Azərbaycan" QSC-nin baş direktoru Zaur Cəlilov isə bildirdi ki, onun rəhbərlik etdiyi şirkət üçün bu layihənin reallaşdırılması müştərilərin rahatlığı və məmnuniyyəti üçün atılmış uğurlu addımlardan biridir: "Biz daim inkişaf və rahatlıq imkanlarını axtarır, xidmətin operativliyini artırmaq üçün yeni nəsil texnologiyalar tətbiq edirik. İnnovativ inkişafa çevik yanaşan Visa və E-PUL kimi tərəfdaşlarla əməkdaşlıq həm bizə, həm də müştərilərimizə fayda verir".

İnnovativ olanlar hər zaman qazanır! İyunun 11-dən LUKOİL yanacaqdoldurma məntəqələrindən QR kodla minimum 10 AZN dəyərində yanacaq alan hər bir E-PUL və VİSA istifadəçiləri 5 AZN endirim əldə edəcək.

Digər xəbərlər

Banner